SON XƏBƏRLƏR

Nazarbayev ilk dəfə üzə çıxdı, xalqa müraciət etdi – "Təqaüddəyəm, heç yerə getməmişəm" -VİDEO

2022.01.18, 16:10
Nazarbayev ilk dəfə üzə çıxdı, xalqa müraciət etdi – "Təqaüddəyəm, heç yerə getməmişəm" -VİDEO

Gunaz.tv

O, rəsmi “Youtube” kanalında videomüraciət yayımlayıb.

Nazarbayev ölkədəki etirazlara toxunaraq, deyib ki, Qazaxıstana qarşı təşkil edilən bu iğtişaşların və hücumların məqsədi ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək olub: “Baş verən faciə hamımız üçün dərs oldu. Bu göstərdi ki, müstəqilliyi qorumaq lazımdır.

Bütün bu qırğınların və iğtişaşların kimin təşkil etdiyini öyrənmək zəruridir. İstintaq bu suala cavab verəcək”.

Nazarbayev KİV-də yayılan xəbərlərə və çoxsaylı müraciətlərə aydınlıq gətirib.

O, bildirib ki, 2019-cu ildə prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verib: “O vaxtdan təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətlərə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir.

Yaxın günlərdə prezident “Nur Otan” Partiyasının sədri seçiləcək. Ona görə də ölkənin siyasi elitasında heç bir münaqişə və qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”.

“Mən 30 il yorulmadan vətənimiz naminə çalışmışam. Biz onun sərhədlərini möhkəmləndirmişik. İslahatlar aparmışıq. 

Bir yerdə müstəqil Qazaxıstan qurmuşuq. Sosial-iqtisadi inkişafda böyük uğurlara nail olmuşuq. Ölkəmiz dünyada hörməti və yeri olan dövlətdir.

Ölkədə sabitlik həmişə mənim üçün birinci dərəcəli məqsədim olub. Biz bu böhrandan hökmən çıxacağıq. Prezident yeni islahatlar paketini irəli sürüb. Bu proqramı dəstəkləmək lazımdır. 

Əziz həmvətənlər, hakimiyyətdə olarkən yeritdiyim kursu dəstəklədiyniziə görə sizə minnətdarlığımı bildirirəm”.

Sabiq prezidentin çıxışının montaj olunması hiss olunub. (azpost.info)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar