SON XƏBƏRLƏR

Nazarbayevin qurduğu partiya növbədənkənar qurultay keçirəcək

2022.01.19, 16:04
Nazarbayevin qurduğu partiya növbədənkənar qurultay keçirəcək

Gunaz.tv

Bu barədə partiya sədrinin birinci müavini Bauırjan Baybek tviter səhifəsində yazıb.

""Nur Otan" Partiyasının Siyasi Şurası bu ilin yanvarın 28-də növbədənkənar qurultayın keçirilməsi barədə qərar qəbul edib. Koronavirus və məhdudlaşdırıcı tədbirlər nəzərə alınaraq qurultay videoformatda keçiriləcək”, - o paylaşımında bildirib.

Qeyd edək ki, partiyanın XIX qurultayı 2019-cu il aprelin 23-də keçirilib.

Xatırladaq ki, "Nur Otan" Partiyası (Vətən Nuru Partiyası) 1999-cu ildə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə təsis edilib.

2021-ci il noyabrın 23-dək o, bu siyasi təşkilatın dəyişməz lideri olub. Həmin tarixdən hazırkı Prezident Kasım-Jomart Tokayev partiyanın sədridir.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar