SON XƏBƏRLƏR

Qazaxıstan iğtişaşlarla bağlı 5,1 min nəfər saxlanılıb, 16 asayiş keşikçisi ölüb

2022.01.09, 09:17
Qazaxıstan iğtişaşlarla bağlı 5,1 min nəfər saxlanılıb, 16 asayiş keşikçisi ölüb

Gunaz.tv

Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu vaxta qədər bütün Qazaxıstan ərazisində 5 135 nəfər saxlanılıb”, - məlumatda deyilir.

Daxili işlər naziri vəzifəsini müvəqqəti icra edən Erlan Turqumbayev “Xabar 24” telekanalının efirində bildirib ki, qətl, dövlət məmurlarına qarşı zorakılıq, quldurluq, xuliqanlıq və oğurluq faktları üzrə 125 ibtidai istintaq başlayıb.

İğtişaşlar zamanı bir neçə polis əməkdaşı, Qazaxıstan Milli Qvardiyasının və Müdafiə Nazirliyinin hərbçisi həlak olub, 1,3 mindən çox asayiş keşikçisi yaralanıb. Bu barədə isə bazar günü respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“İctimai asayişin qorunması və ölkənin konstitusiya quruluşunun müdafiəsi zamanı 16 polis əməkdaşı öldürülüb, 1,3 mindən çox polis əməkdaşı, Milli Qvardiyanın və Müdafiə Nazirliyinin, eləcə də xüsusi təyinatlı orqanların əməkdaşları yaralanıb”, - məlumatda deyilir. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar