SON XƏBƏRLƏR

Qazaxıstanda iğtişaşlar zamanı 164 nəfər ölüb

2022.01.09, 18:02
Qazaxıstanda iğtişaşlar zamanı 164 nəfər ölüb

Gunaz.tv

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanvar ayında Qazaxıstanda iğtişaşlar başlayandan bügünədək Almatı şəhərində 103, Qızılorda vilayətində 21, Jambıl vilayətində 10, Almatı vilayətində 8 nəfər ölüb.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.

Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. 

Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Yanvarın 5-də Prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

Yanvarın 10-da bütün ölkə ərazisində matəm elan edilib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar