SON XƏBƏRLƏR

“Azər türk” povilyonuna hücum edən panfarsistlərdən biri Ərdəbilin imam cüməsini təhdid edib: “O kimdir ki,...” - VİDEO

2021.10.20, 07:36
“Azər türk” povilyonuna hücum edən panfarsistlərdən biri Ərdəbilin imam cüməsini təhdid edib: “O kimdir ki,...” - VİDEO

Gunaz.tv

GünAz TV: Son vaxtlar türk dili və ədəbiyyatının qorunub saxlanılması haqqında fikir bildirən və bununla bağlı prezidentin özəl köməkçisi Əli Yunisini tənqid edən Ərdəbilin imam cüməsi Seyid Həsən Amuli, radikal bir panfarsistin qəzəbinə səbəb olub.

 

S.H.Amuli bir müddət əvvəl türk dilindəki lüğətləri toplayıb kitab şəkilində çap etdirmək niyyətində olduğunu bildirmişdir.

 

Sosial şəbəkələrdə yayılan bir videoda panfarsist Höccət Kəlaşi imam cüməyə qarşı hədələyici ifadələr işlədib. O imam cüməni kimlərinsə tərəfindən yönləndirilməkdə günahlandırıb.

 

“Ərdəbilin imam cüməsi kimdir ki, türk dilinin lüğətlərini toplasın! Kim ona belə bir iş tapşırıb?! O bu səlahiyyəti hardan əldə edib?! Onun belə bir səlahiyyəti ola bilməz”- deyə o bildirib.

 

Ari (ariyayi) irqinin müdafiəçisi, məşhur panfarsist H.Kəlaşi imam cümənin arxasında müəyyən qüvvələrin olduğunu bildirərək onları cahil və utancverici keçmişə malik olmaqda ittiham edib.

 

https://www.youtube.com/watch?v=z2xvf70E49Y

 

 

H.Kəlaşi mayın 7-də bir neçə əqidədaşı ilə birlikdə Tehranda keçirilən kitab sərgisində “Azər türk” povilyonuna hücum etmişdir.

 

Siz “azərisiniz, türk deyilsiniz” deyərək haray-qışqırıq salan hücumçular soydaşlarımızdan bir neçəsini döyüb, povilyonun lövhəsindəki “türk” sözünün üstünə xətt çəkmişdilər.

 

Ərdəbilin imam cüməsi S.H.Amuli Əli Xamneyinin Ərdəbil Əyalətində nümayəndəsidir, lakin onun türk dili və ədəbiyyatına xüsusi məhəbbəti var. O Əli Yunisinin antitürk açıqlamalarına cavab olaraq bildirmişdir ki, “ Yunisi və onun əqidədaşlar bir dəfələlik bilməlidilər ki, Azəri müstəqil bir dil vəya ləhcə deyil. Onun qrammatikası da göstərir ki, bu dil türk dilinin bir qoludur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar