Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20 12:16

Azərbaycan adını təhrif edən İranın məşhur mağazalar şəbəkəsi geniş etirazlardan sonra düzəliş etməyə məcbur olub.

Gunaz.tv Quote | Gunaz article

Hissələrinin çoxu İranın dövlət banklarına aid olan “Rifah” mağazalar şəbəkəsi müştərilərə verilən çeklərdə Şərqi Azərbaycan əyalətinin adını təhrif edərək “Şərqi Azər” şəklində təqdim etmişdi.

Bu məsələ son günlərdə güney azərbaycanlıların geniş etirazına səbəb olmuşdu.

Soydaşlarımızın etirazından sonra mağazalar zəncirinin Şərqi Azərbaycandakı filialı çeklərdə düzəliş etdiyini bildirib.

Mağazalar şəbəkəsinin açıqlamasında həmçinin adın təhrif olunmuş şəkildə təqdim olunmasının arxasında “heç bir niyyətin olmadığı”, “məhdudiyyətlərə” görə elə yazıldığı iddia edilib.

 

 

Qeyd edək ki, keçən həftə İranın səhiyyə nazirliyi rəsmiləri də Azərbaycan adını təhrif olunmuş şəkildə təqdim edərək “Şərqi Azər” sözündən istifadə ediblər.

Daha əvvəl də İranın səhiyyə naziri Səid Nəməki İran Dövlət Televiziyasında koronavirusla bağlı çıxış edərkən Şərqi və Qərbi Azərbaycan əyalətlərinin adını təhrif edərək Mahabad və “Şərqi Azər” sözlərindən istifadə etmişdi.

 

 

Bu məsələ sosial şəbəkələrdə güney azərbaycanlıların geniş etirazına səbəb olmuşdu. Soydaşlarımız “bizim yurdumuzun adı Azərbaycandır” yazaraq nazirin çıxışına reaksiya göstərmişdilər.

Azərbaycanın adı dəfələrlə İranın yüksək rütbəli rəsmiləri, eləcə də rəsmi mətbuat orqanları, o cümlədən İran Teleradio Şirkəti tərəfindən təhrif edilib.

 

İranda fəaliyyət göstərən anti-Azərbaycan media orqanları, eləcə də bəzi rəsmilər dəfələrlə Azərbaycan Respublikasının adını da təhrif edərək “Bakı Respublikası” kimi təqdim ediblər.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19

gun az article

Milli fəal Sara Turi Təbrizdə həbs edilib

2020-10-19

gun az article

"Həsrət körpüsü"nün işğaldan azad edilməsi münasibətilə Tikab əhalisi atəşfəşanlıq edib- VİDEO

2020-10-19

gun az article

İranın təhlükəsizlik qüvvələri rəştli fəallara təzyiq göstərir: İbrahim Gənci həbs edilib

2020-10-19

gun az article

Milli fəal Hüseyn Balaxani 500 milyon tümənlik ağır mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb

2020-10-19

gun az article

Güney azərbaycanlı milli fəal Hüseyn Əmirhicri Təbrizdə tutulub

2020-10-19

gun az article

Rəşt türkləri İranın Ermənistana dəstəyinə etiraz ediblər- FOTO

2020-10-19

gun az article

İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19

gun az article

GünazTV Oct.18.2020: Azərbaycan ordusunun və Güney Azərbaycanın qələbələri.

2020-10-19

gun az article

Təbriz: "Azərbaycan milləti bu zillətlə barışmayacaq, Nurduz gərək bağlana!"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə minlərlə insan birlikdə "Nurduz sərhədi bağlanmalıdır" şüarları səsləndirib- VİDEO

2020-10-18

gun az article

Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18