SON XƏBƏRLƏR

Azərbaycan-Ermənistan sərhədində sərhəd mühafizə sistemi yaradılır

2021.10.20, 07:36
Azərbaycan-Ermənistan sərhədində sərhəd mühafizə sistemi yaradılır

Gunaz.tv

GünAz TV: Azərbaycan-Ermənistan sərhədində sərhəd mühafizə sistemi yaradılır. Bu isə Ermənistanı narahat edir.

 

Azərbaycan mediasının yaydığı məlumata görə, bunu dünən keçirilən mətbuat komfransında Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri, general-mayor Elçin İbrahimov deyib.

 

E.İbrahimovun sözlərinə görə, DSX tərəfindən Qazax və Ağstafanın Ermənistanla sərhəd bölgələrində düşmənin təxribatlarına lazımi cavablar verilib.

 

Aparat rəhbəri, həmçinin qeyd edib ki, DSX tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 86 nəfər Azərbaycan, 24 nəfər xarici vətəndaş aşkar olunub. Terrorçuluğa qarşı mübarizə çərçivəsində isə 91 şəxs saxlanılıb, 388 nəfərin şəxsiyyəti müəyyən edilib.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar