Azərbaycan əyalətlərində koronovirusun dördüncü dalğasının yayılma təhlükəsi barədə xəbərdarlıq edilib

2021-02-08 14:06

Təbriz şəhərinin fərmandarı bu haqda fevral ayının 7-də mətbuat nümayəndələri ilə görüşündə bildirib.

Gunaz.tv Quote | Gunaz article

Behruz Məhdəvi son yoluxmalara görə Təbriz şəhərinin yenidən orta təhlükəli sayılan “sarı” vəziyyətə girdiyini, bunun əsas səbəbinin səhlənkarlıq və qaydalara əməl olunmadığınıda gördüyünü deyib.

 

O, Təbrizdə nisbi uğurun əldə edildiyi bir dönəmdə, ictimai məsafə saxlamağın və karantin protokollarına riayət olunmasının vacibliyini vurğulayaraq, yoluxmaların bu şəkildə artdığı təqdirdə yenidən sərt karantın rejiminə keçməyin qaçılmaz olacağını söyləyib.

 

Bundan öncə Təbrizin Tibb Elmləri Universitetinin rəisi Məhəmməd Hüseyin Somi Şərqi Azərbaycan əyalətində ortalama günlük yoluxmanın 150-200 arasında olduğunu demişdi. Somi bu gün mətbuata verdiyi açıqlamada isə əyalətdə yoluxma sayının 10% artdığını bildirib.

 

Ərdəbilin Tibb Elmləri Universitetinin rəisi Şəhram Həbibzadə də, bu gün fevral ayının 8-də verdiyi açıqlamada əyalətin orta təhlükəli “sarı” vəziyyətə yaxınlaşdığını. Son 24 saatda 25 yeni xəstənin xəstəxanalara qəbul edildiyini deyib.

 

Universitet rəisi hal-hazırda əyalət xəstəxanalarında 165 nəfər koronovirus daşıyıcısının müalicə aldığını, onlardan 45 nəfərinin durumlarının ağır olduğuna görə, reanimasiya şöbələrində yerləşdirildiyini bildirib.

 

Qərbi Azərbaycan əyalətində isə durumun daha pis olduğu, dekabr ayı ilə müqayisədə yoluxma sayının yenidən artdığı qeyd olunur. 2020-ci ilin dekabr ayının ortalarında yolxuma sayının iki rəqəmlə qeyd olunduğu əyalətdə yeni ildə bu say üç rəqəmli olub.

 

Qərbi Azərbaycan əyalətinin Tibb Universiteti və Sağlamlıq-Müalicə Mərkəzinin rəisi Cavad Ağazadə hazırda əyalət xəstəxanalarında 380 koronovirus xəstəsinin müalicə aldığını deyərək, belə davam edərsə xəstəliyin dördüncü dalğasının başlayacağı barədə xəbərdarlıq edib.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zənganın 170 kəndində insanlar içməli su tapmır

2021-08-03

gun az article

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

2021-08-03

gun az article

Marağada 9 milyon illik heyvan fosilləri aşkar edilib

2021-08-03

gun az article

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

2021-08-03

gun az article

Qəzvində və Qərbi Azərbaycanda sel fəlakəti: 6 nəfər həlak olub

2021-08-03

gun az article

ETTELAAT Türkiyədə yaşayan culfalı xanımı şərləmək istəyir

2021-08-03

gun az article

Təbrizdə "korona" qurbanlarını sayı gizlədilir: Xəstəxanalarında çarpayı çatışmır

2021-08-03

gun az article

Urmu həbsxanasında 3 məhbus edam edilib

2021-08-03

gun az article

Milli fəal Həmid Mənafi sürgünə göndərildi

2021-08-03

gun az article

Güneydə ekoloji fəlakət: Qızılüzən çayı qurudu, balıqlar tələf oldu

2021-08-03

gun az article

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

2021-08-02

gun az article

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02

gun az article

Sel və daşqınlar Şərqi Azərbaycanda ciddi fəsadlar yaradıb- VİDEO

2021-08-02

gun az article

Məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi-VİDEO

2021-08-02

gun az article

Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub

2021-08-02

gun az article

“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək

2021-08-02

gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31