"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətindən Xuzistana dəstək: "İran rejimi su istəyən dinc ərəb xalqını güllələyir"

2021-07-20 10:23

"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti Xuzistanda baş verən aksiyalara dəstək verib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə "Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətinin rəhbəri Jalə Təbrizi açıqlama yayıb.

"“Ümumdünya İnsan Haqları Bəyannaməsinə əsasən hər kəsin ilkin yaşayış imkanlarına sahib olmaq hüququ var” prinsipini bir daha xatırladırıq. İran İslam Cümhuriyyəti Əhvazda baş verən faciələrin səbəbkarıdır”-deyə, o, yazıb.

 Azərbaycan İnsan Haqları Cəmiyyətinin rəhbəri bəyan edib ki, bütün beynəlxalq insan haqları təşkilatları və azadlıq sevən insanlar bu həssas dönəmdə ərəb xalqının insan haqlarını müdafiə etməlidir:

"Onları sosial tələblərə qarşı güllə ilə cavab verən qeyri-legitim rejim qarşısında tək qoymamalarını istəyirik".

Qida, geyim, yaşayış yeri, iş və təhlükəsizlik hüququ, Ümumdünya İnsan Hüquqları və Mülki Hüquqlar Bəyannaməsinin prinsiplərindən biri olduğunu vurğulayan Jalə Təbrili bildirib ki, İran İslam Respublikası rejimi Əhvaz ərəblərini əsas ehtiyaclarının böyük bir hissəsindən məhrum edib. 

"Ərəblər neft və qaz yataqları ilə zəngin, onlarla bol sulu çayın mövcud olduğu yerlərdə yaşayırlar. Ancaq istismarçı islam cümhuriyyəti rejimi çayların axınını İranın mərkəzi yaylasına tərəf dəyişdirərək Əhvaz ərəblərini içməli sudan və əkinçilik, heyvandarlıq üçün lazım olan sudan məhrum edib.

İran rejimi ərəblərə qarşı təhlükə kimi baxır və onların yurdlarını yaşayış üçün yararsız duruma salmaqla onların başqa bölgələrə köçməsinə çalışır.

İndi ərəblər ayağa qalxaraq Əhvazın dağıdılması prosesinin dayandırılmasını, su anbarlarından 5 milyon susuz insa su payı verilməsini istəyirlər.

Kənd təsərrüfatı və heyvandarlıq sahələri susuzluqdan məhv olub. Ərəb gəncləri işsizdir. Su olmadığı üçün əkinçilər və heyvandarlarin fəaliyyəti iflic olub.

Hökumət vətəndaşların su ehtiyacını və minimum yaşayış imkanlarını təmin etməyə borcludur. Ancaq islam cümhuriyyəti rejimi ərəblərin dinc etirazlarına güllə ilə cavab verir və boş əllə aksiyaya qatılanları güllələyir"-deyə, "Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətinin yaydığı bildirişdə qeyd olunur.

İran İslam Cümhuriyyəti rejimini Əhvazda baş verən faciələrin səbəbkarı kimi tanıyan təşkilat Əhvaz ərəblərinin haqlı tələblərini dəstəklədiyini və su istəyən əhaliyə qarşı repressiyalara əl atan İran İslam rejimini qınadığını bəyan edib.

"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti bir daha bütün beynəlxalq insan haqları təşkilatları və azadlıq sevən insanları olaya biganə qalmamağa, Əhvazın ərəb xalqının insan haqlarını müdafiə etməyə, onların sosial istəklərinə güllə ilə cavab verən qeyri-legitim rejimi məhkum etməyə çağırıb.

C.E
Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:  

Güney Azərbaycan təşkilatları Xuzistanda xalq etirazlarına dəstək verdi- BƏYANAT

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Aug.04.2021-Görüş: İrançılar nədən Türkiyə də olan çevrə terrorizminə sevinirlər, 2 Mordad qiyamının tələbləri

2021-08-04

gun az article

Urmunun “Urumdəşt” zavodunun işçiləri narazıdır: 15 ildir əmək haqları verilmir

2021-08-04

gun az article

Urmu həbsxanasında daha bir məhbus edam ediləcək

2021-08-04

gun az article

Qaşqay bölgəsində yanğın dəhşəti: Bir ailənin 3 üzvü həlak oldu-VİDEO

2021-08-04

gun az article

Urmu və Ərdəbildə yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmır

2021-08-04

gun az article

Güney Azərbaycanda məktəb binaları çatışmır: Xeyriyyəçi iş adamları daha 3 məktəbin tikintisinə başlayıb

2021-08-04

gun az article

Sel və daşqın Qəzvin yollarına 20 milyard tümən ziyan vurub

2021-08-04

gun az article

İranda virus tüğyan edir: Xəstəxanalarda yer çatışmır, ölənlər kütləvi məzarlıqda basdırılır

2021-08-04

gun az article

Güney Azərbaycanda ekoloji böhran böyüyür: 4 göl quruyub-FOTOLAR

2021-08-04

gun az article

Tufarqanda güclü yanğın: 7 nəfər xəsarət alıb-VİDEO

2021-08-04

gun az article

Urmuda avtobus sürücüləri tətilə başladı

2021-08-04

gun az article

Milli fəal Behnam Şeyxinin iki illik sürgün cəzası başlayıb

2021-08-04

gun az article

GünazTV Aug.03.2021-Özümüz: Azərbaycan Sözünün Anlamı və Coğrafiyası

2021-08-03

gun az article

GünazTV Aug.03.2021-GÜNDƏM MASASI: Türkiyədə meşə yanğınları və İrançı-farsların tutumu

2021-08-03

gun az article

GünazTV August.01.2021: HƏFTƏ SONU 7-Cİ BÖLÜM

2021-08-03

gun az article

Zənganın 170 kəndində insanlar içməli su tapmır

2021-08-03

gun az article

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

2021-08-03

gun az article

Marağada 9 milyon illik heyvan fosilləri aşkar edilib

2021-08-03

gun az article

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

2021-08-03

gun az article

Qəzvində və Qərbi Azərbaycanda sel fəlakəti: 6 nəfər həlak olub

2021-08-03