SON XƏBƏRLƏR

Azərbaycan İrana 5 milyon dollar məbləğndə maliyyə yardımı göstərəcək- Koronavirusla mübarizə üçün

2021.10.20, 07:36
Azərbaycan İrana 5 milyon dollar məbləğndə maliyyə yardımı göstərəcək- Koronavirusla mübarizə üçün

Gunaz.tv

GünAz TV: Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan bu vəsaitin ayrılmasına dair Sərəncam qəbul olunub.

 

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir: “Azərbaycan Respublikası COVİD-19 virusuna qarşı mübarizə çərçivəsində beynəlxalq birliyin səylərini dəstəkləyir, Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir”.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar