“Azərbaycan Mədəniyyət Ocağı” Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib – VİDEO

2020-07-15 11:32

Parisdə fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət Ocağı” bəyanat yayaraq güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani barəsində çıxarılan 15 il həbs və 2 il sürgün cəzasının təsdiqlənməsini pisləyib.

Gunaz.tv Quote | Gunaz article

Təşkilatın sözçüsü və sədri Ziya Sədrüləşrafi yaydığı bir video-çarxda Abbas Lisaniyə qarşı çıxarılan hökmü İran ədliyyə sisteminin qalın ədalətsizlik dosyesinə daha rüsvayçı bir səhifənin əlavə edilməsi kimi dəyərləndirib.

 

 

“İranın da imzaladığı Ümumdünya İnsan hüquqları Bəyannaməsinə əsasən, dil və mədəniyyət azadlığı uğrunda dinc fəaliyyət göstərmək cinayət sayılmır. Əksinə bu kimi sivil fəaliyyətlər həmin fərd və ya qrupun siyasi düşüncəsinin inkişafının göstəricisidir,” deyə o bildirib.

 

 

Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb. Hazırda Ərdəbil zindanının 7-ci korpusunda saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.

 

 

Xatırladaq ki, son günlərdə İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri, siyasi fəallar və insan hüquqları təşkilatları Abbas Lisaniyə qarşı çıxarılan hökmə reaksiya göstərərək bu hökmün ləğv edilməsini istəyiblər.

 

 

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin sədri Jalə Təbrizi və Türkiyədə fəaliyyət göstərən “Çağdaş Azərbaycan Kültür Dərnəyinin” sədri Camal Məhmətxanoğlu, həmçinin İranda ərəb millətinin hüquqlarını müdafiə edən məşhur fəal və yazıçı Yusif Əzizi Bənitorof və Bəluc Fəallar Kampaniyası təşkilatının sədri Abdulla Arif, eləcə də Türkmənsəhra İnsan Haqları Kampaniyası fəalı Sadıq Rəcəbiyan Təmək və Türkmənsəhra İnsan Hüquqları Müdafiəçiləri Təşkilatının Koordinasiya Şurasının katibi  Yusif Kor daha öncə tanınmış fəal barəsində çıxarılan həbs cəzasının təsdiqlənməsini qınayaraq onun qeydsiz-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbil baş prokuroru siyasi məhbus Abbas Lisaninin məzuniyyətə buraxılmasına icazə verməyib

2020-08-14

gun az article

GünazTV Aug.13.2020-Sözümüz: Azərbaycan Kültürünə Qarşı Düşmənçiliklər

2020-08-14

gun az article

GünazTV Aug.13.2020- Düşünməyə Çağırı: Keçmişdən Günümüzə Qaşqayi Türkləri

2020-08-13

gun az article

Milli fəallar Abbas Lisaninin ailəsinə başsağlığı veriblər

2020-08-13

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-08-13

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 207 nəfər ölüb

2020-08-13

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti: Abbas Lisaninin məzuniyyət hüququ təmin olunmalıdır

2020-08-13

gun az article

GünazTV Aug.12.2020: Rusların Korona vaksənləri nə qədər doğrudu, İranın Lobnan və məntəqədəki siyasətinin böhranları

2020-08-12

gun az article

Mərənddə 5 mindən çox balıq tələf olub + VİDEO

2020-08-12

gun az article

Saxlanılan milli fəal Cavad Ruhinəjad Qoşaçay həbsxanasına köçürülüb

2020-08-12

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-12

gun az article

Qərbi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-12

gun az article

Yerli məsulların xəyanəti nəticəsində Təbrizin fotoqrafiya muzeyi Tehrana köçürülür + VİDEO

2020-08-12

gun az article

Həbsdə olan milli fəal Abbas Lisaninin qardaşı dünyasını dəyişib

2020-08-12

gun az article

GünazTV Ayg.11.2020-Özümüz: Naserəddin Şahın Avrupa Səfərləri

2020-08-12

gun az article

GünazTV Aug.11.2020 -GÜNDƏM MASASI: Qanunun adı altında İran hakimiyyətinin iradəsini həyata keçirən özbaşınalıq

2020-08-12

gun az article

Azərbaycanlı fəal Əkbər Sadiqi müvəqqəti olaraq azadlığa buraxılıb

2020-08-11

gun az article

Ərdəbildə koronavirusa yoluxan daha 53 nəfər xəstəxanalara yerləşdirilib

2020-08-11

gun az article

13 ildən sonra Urmiya gölündə damba yolunun dəyişdirilməsinə vəd verilib

2020-08-11

gun az article

GünazTV Aug.10.2020: PARLAQ GƏLƏCƏK: İran rejiminin orta doğu'daki siyasəti çökür, İran rejiminin orta doğu'daki siyasəti çökür

2020-08-10