SON XƏBƏRLƏR

“Azərbaycan Mədəniyyət Ocağı” fəaliyyətə başlaması üçün lisenziya alıb- Urmiyə Universitetində

2021.10.20, 07:36
“Azərbaycan Mədəniyyət Ocağı” fəaliyyətə başlaması üçün lisenziya alıb- Urmiyə Universitetində

Gunaz.tv

GünAz TV: Urmiyə Universitetində “Azərbaycan Mədəniyyət Ocağı” fəaliyyətə başlaması üçün ali təhsil müəssisəsinin rəhbərliyindən lisenziya alıb.

 

Azərbaycanlı öyrəncilər bundan əvvəl qurumun fəaliyyətə başlaması üçün universitet rəhbərliyindən icazə tələb etmişdir. Məlumata görə, artıq universitetin mədəniyyət bölümü tələblə bağlı razılıq verib.

 

“Azərbaycan Mədəniyyət Ocağı” Azərbaycanla bağlı ictimai-mədəni sahədə fəaliyyət göstərmək istəyən öyrənciləri quruma cəlb etməkdədir. Qurumun rəyasət heyəti üzvlərinin yaxın gələcəkdə  seçiləcəyi bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar