"Azərbaycan mediası Güneyə diqqəti artırmalıdır”-Baş redaktor

2021-04-07 11:08

Son illər Güney mövzusu Quzey Azərbaycan mediasında zəif işıqlandırılır.

Gunaz.tv Quote | Gunaz article

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal da hesab edir ki, Güney sanki diqqətdən kənarda qalıb.

“Hazırkı dövrdə isə bu məsələ daha da zəifləyib.

Baxmayaraq ki, indi xəbər əldə etmək və yaymaq imkanları dəfələrlə artıb. 90-cı illərlə Güney mövzusunun, oradakı Milli Hərəkat, fəallara qarşı repressiyalarla bağlı xəbərlərin mətbuatda indiki ilə müqayisədə daha geniş işıqlandırılmasının əsas səbəblərindən biri, o zaman bu yöndə ölkədə siyasi fəaliyyətin mövcudluğu idi. 

Quzey Azərbaycanda başlamış milli azadlıq hərəkatının söykəndiyi ideoloji qaynaqlardan biri də parçalanmış böyük vətənin birləşməsi idi”-deyə Aqil Camal bildirib.

Baş redaktor deyib ki, indiki dövrdə az sayda Quzey Azərbaycanın media orqanı Güney mövzusunu daim diqqətdə saxlayır. 

Bayraqdar.info xəbər portalının rəhbəri Azər Həsrət Günaz.TV-yə açıqlamasında deyib ki, ötən əsrin 90-cı illərində və 2000-ci illərdə Azərbaycan mediasında Güney Azərbaycan mövzusu daha çox işlənirdi:

Azər Həsrət: "Onların heç biri həmin pulların mənbəyi haqqında məlumat verə  bilməyəcəklər"

“Ötən sərin 90-cı illərində Azərbaycan mediasında Güney mövzusu çox populyar idi. Qəzetlər Güney Azərbaycandan səhifə-səhifə yazılar dərc edirdilər. Çox təəssüf ki, hazırda milli mətbuatımızda Güney mövzusu sanki diqqətdən kənarda qalıb. Rəhbərlik etdiyim Bayraqdar.info saytı bu mövzuya diqqət ayıracaq. Etibarlı xəbər mənbələri tapmağa çalışacağıq. 

Əsassız informasiyaların yayılmasının qarşısını almaq üçün etibarlı xəbər mənbələri ilə işləməliyik. Bayraqdar.info fəaliyyətə təzə başlayıb. Fəaliyyətimizdə əsas ağırlıq türk dünyasına diqqət təşkil edəcək. Güney Azərbaycan mövsusu da istisna deyil. 

BÜTÖV AZƏRBAYCAN MÜCADİLƏSİ - GÜNEY AZƏRBAYCAN İSTİQLALIYYƏTI UĞRUNDA  MÜBARİZƏ

Güney bizim üçün vacib məqamlardan biridir. Ümumiyyətlə mən düşünürəm ki, mediamız birmənalı şəkildə gündəlik olaraq Güney Azərbaycanı işıqlandırmalıdır. Çünki Güney Azərbaycan bizə yabançı deyil. Ora bizim vətənimizin, canımızın bir parçasıdır”.

Ayxan Turan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV April.19.2021: PARLAQ GƏLƏCƏK: İran’da Keçiriləcək Seçkilər, Seçkilər və Güney Azərbaycan

2021-04-20

gun az article

Urmulu milli fəal Salar Tahir Əfşar saxlanıldı

2021-04-19

gun az article

Tikantəpənin sərvətləri talanır: Bölgənin icra hakimi mərkəzi hökuməti sərt tənqid etdi

2021-04-19

gun az article

Qarabağa görə saxlanılan güneyli fəallar Babək Kiyumərsi və Səid Sultani istintaqa çağırılıb

2021-04-19

gun az article

Qərbi Azərbaycanın qubernatoru Məhəmməd Mehdi Şəhriyari koronavirusa yoluxub

2021-04-19

gun az article

Ərdəbilli boksçudan uğur: Dünya çempionatında litvalı rəqibini məğlub etdi

2021-04-19

gun az article

Təbrizli millət vəkili təzyiqlərdən danışdı: "Mənə dedilər ki, həbs olunmaq istəmirsənsə bu barədə danışma"

2021-04-19

gun az article

Güney Azərbaycanda əməliyyat: İki əyalətdə külli miqdarda narkotik maddə ələ keçdi

2021-04-19

gun az article

İranda mollanın döyülmə görüntüsü geniş rezonans doğurdu-VİDEO

2021-04-18

gun az article

Asiya Çempionlar Liqasında yarışan "Traxtur" yenə rəqiblə bərabərə qaldı

2021-04-18

gun az article

Muxtar İbrahimi ilə görüş; "Radio Fərda" həftəlik qonaq verilişini güneyli milli-mədəni fəala həsr edib+VİDEO

2021-04-18

gun az article

Milli fəal Əlirza Fərşiyə məzuniyyət hüququndan istifadəyə icazə verilmir

2021-04-18

gun az article

Beynəlxalq Əfv Təşkilatından İran hökumətinə ÇAĞIRIŞ: "Əlirza Fərşini azad edin"

2021-04-18

gun az article

Sərəskənd məktəbləri yararsız durumdadır: Şagirdlər təhlükəli sinif otaqlarında təhsil alır

2021-04-17

gun az article

Soyuqbulağın kürd millət vəkili Urmu gölünə su buraxılmasına qarşı çıxdı

2021-04-17

gun az article

Təbrizin millət vəkili prezident seçkilərində iştirak edəcək: "Ölkədə hərbi vəziyyət elan olunmalıdır"

2021-04-17

gun az article

Ərdəbil əhalisi sürətlə qocalır:Əyalətdə doğum faizi aşağı düşüb

2021-04-17

gun az article

Güney Azərbaycanda "yaşıl soyqırım": Nadir ağaclar məhv edilir-VİDEO

2021-04-17

gun az article

“Şəhid qəlbi-lalələr”: Aygün Muradxanlının Qarabağdan Güney nisgilli VİDEO-REPORTAJI

2021-04-17

gun az article

Şərqi Azərbaycanın 63 yaşlı qubernatoru koronavirusa yoluxdu

2021-04-17