Azərbaycan Milli Hərəkatı fəallarından bir qrupu ustad Həsən Dəmirçi haqqında bəyanat yayıb

07.06.2018, 08:42

GünAz TV: Azərbaycan Milli Hərəkatı fəallarından bir qrupu tanınmış milli-mədəni fəal, musiqi ustadı Həsən Dəmirçinin sağlamlıq durumu haqda bəyanat yayıb.

 

Bəyanatda bildirilir:

“İyunun 3-də Həsən Dəmirçinin (Həsən Azərbaycan) “Ali Nəsəb” Xəstəxanasına yerləşdirilməsi və onun səhhətinin ağırlaşması ilə bağlı xəbər yayıldıqdan sonra Təbrizdə Azərbaycan Milli Hərəkatı fəallarından ibarət faktaraşdırıcı bir qrup təşkil olundu. Həmin qrup xəstəxana, tibbi personaj və cənab Dəmirçinin xəstəxanaya yerləşdirilməsi işləri ilə əlaqəli olan şəxslər və s. haqda araşdırma aparmağa başladı.

 

Araşdırmaların nəticəsi qısa olaraq Azərbaycan milləti və milli-mədəni fəalların diqqətinə çatdırılır:

1)       Bundan əvvəl Azərbaycanın tanınmış fəallarının (mühəndis Əmani, Rza Qəffari, Murtaza Nəbizadə) xəstəxana və tibbi mərkəzlərə yerləşdirilməsi əksərən onların şəhid olması ilə nəticələnib. Həmçinin ustad Həsən Dəmirçinin fəalların ölkə xəstəxanalarında müalicə almaması ilə bağlı təkidlərini də nəzərə alanda, belə bir sual ortaya çıxır ki, acaba onun ölkə xəstəxanalarına yerləşdirilməsi məsləhətdir?

 

2)       Ölkə və bölgənin indiki həssas vəziyyəti və son kütləvi etirazlardan (İranda “Dey ayı” adlanan etirazlar nəzərdə tutulur) sonra, həmçinin dərvişlərin mənəvi rəhbərinin ev dustağı edilməsi, Əl-Əhvazda ərəb rəhbərlərinin fiziki olaraq sıradan çıxarılması və Sistan-Bəluçistanda Moləvi Əbdulhəmidin sıradan çıxarılmasına edilən cəhdlərdən sonra, indi də Azərbaycan Milli Hərəkatının mənəvi atası ustad Həsən Dəmirçinin sıradan çıxarılması vaxtı çatıb?

 

3)       Cənab Dəmirçini müalicə edən həkimlər onu qəsdən 24 saat ərzində 2 dəfə bihuş ediblər. Bu onun komaya düşməsinə səbəb olub. Həkimlər bunun düzgün olmadığını bildiyi halda edib. Ona görə də ustad Dəmirçinin həyatına qarşı planın olduğuna dair şübhələr artıb.

 

Faktaraşdırıcı qrup baş verənləri təcrübəli həkimlərlə də danışdıqdan sonra qəti şəkil elan edir ki, ustad Həsən Dəmirçinin xəstəxanaya yerləşdirilməsi və müalicə prosesində baş verənlər onun fiziki olaraq sıradan çıxarılmasına yönəlib.

 

Sonda bu hadisə ilə əlaqəli olan hər kəsə, o cümlədən kəşfiyyat və təhlükəsizlik qüvvələri, həmçinin ölkənin yüksək rütbəli vəzifəli şəxslərinə ciddi xəbərdarlıq olunur ki, cənab Həsən Dəmirçi haqqında bu çirkin əməl baş tutarsa, onu Azərbaycan Milli Hərəkatı fəallarına qarşı edilən səssiz terrorlar kimi gizlədə bilməyəcəklər.

 

Bir qrup Azərbaycan Milli Hərəkatı fəalı”

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25