SON XƏBƏRLƏR

Azərbaycan NABUKKO layihəsində önəmli rol oynayır

2021.10.20, 07:36
Azərbaycan NABUKKO layihəsində önəmli rol oynayır

Gunaz.tv
Azərbaycan NABUKKO layihəsində önəmli rol oynayır "Avropa NABUKKO layihəsinin reallaşmasında maraqlıdır. Biz hamımız bu layihənin baş tutmasının tərəfdarıyıq. Çünki bu layihənin cənub axını ilə müqayisədə böyük üstünlükləri var." Bunu jurnalistlərə açıqlamasında deyən Macarıstanın baş naziri Ferenc Gyurcsanın sözlərinə görə, sözügedən layihənin tez bir zamanda reallaşması məqsədilə investorlar cəlb edilməlidir:"Konkret bilməliyik ki, bu layihədən nə qədər qaz idxal etmək olar. Əlbəttə, bu işdə Azərbaycan böyük rol oynayır. Macarıstan isə layihə çərçivəsində 2 milyard kubmetr qaz almaq niyyətindədir. Yaxın 15 ildə isə Avropanın təbii yanacağa olan ehtiyacı 50 faizə çatacaq. Təxminən 200 milyard kubmetr mavi yanacağa ehtiyac yaranacaq ki, bu layihə çərçivəsində Avropanın tələbatı ödənilə bilər"("OLAYLAR"İA).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar