SON XƏBƏRLƏR

Azərbaycan ordusu şəhid verdi

2021.10.20, 07:36
Azərbaycan ordusu şəhid verdi

Gunaz.tv

GünAz TV: Azərbaycan Respublikasının ordusu daha bir şəhid verib.

 

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

 

Hərbi qulluqçu, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu sabah Şabran rayonu, Gəndov kənd qəbiristanlığında dəfn olunacaq. O, 19 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.

 

39 yaşlı hərbiçinin nəşi bu gün ailəsinə təhvil veriləcək.

 

Qeyd edək ki, şəhid F.Salahov ailəli olub, iki oğlu var.

 

“Allah rəhmət eləsin”

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar