Azərbaycan Ordusunda ciddi islahat aparılır - Türkiyə modeli əsas götürüldü

2021-03-04 16:22

Azərbaycan İkinci Qarabağ savaşını qalib olaraq bitirdi. Döyüş meydanında zəfər çalan Azərbaycan ordusunu daha da gücləndirmək üçün tədbirlər görülür.

Gunaz.tv Quote | Gunaz article

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a bildirib ki, Türkiyə Ordusunun modeli Azərbaycan Ordusu üçün nümunə götürüləcək:


"Böyük təcrübəyə malik olan qardaş dövlət Türkiyənin təcrübəsindən, ordu quruculuğundan, yanaşmalarından geniş istifadə olunacaq. Deməzdim ki, Azərbaycan Silahlı Qüvvələri tam dəyişəcək, sadəcə, müharibədən irəli gələn təhlil aparıldı və o təhlilin nəticəsi olaraq Azərbaycan Ordusunda müəyyən islahatlar, təkmilləşdirmə prosesi gedəcək. Bu prosesin bütün sahələr üzrə aparılması nəzərdə tutulur - döyüş hazırlığı, planlar, quruluş, ştat strukturu, silah, texnika və s.
Prezident İlham Əliyevin məqsədi Azərbaycanda daha da güclü Ordunun qurulmasıdır. Bizim üçün təcrübəli Türkiyə Ordusu və müharibə sınağındanda keçmiş öz Ordumuz var".


Hərbi ekspert Ədalət Verdiyev də bu mövzudan danışıb:


“Son döyüş əməliyyatlarında Azərbaycan Türkiyə ilə birgə təlimlərdə əldə etdiyi təcrübəni tətbiq etdi. Azərbaycanla Türkiyə arasında olan münasibətlər gələcəkdə bu addımların genişlənməsini göstərir. Ümumilikdə isə Azərbaycan Ordusunun Türkiyə Ordusunun kiçik bir modeli kimi formalaşdırılması bizim Silahlı Qüvvələrin gələcəkdə daha kompaktlaşmasında müsbət rol oynayacaq. Bu proses ordunun silahlanmasına öz təsirini göstərəcək, həm də ordumuzun ştat, struktur dəyişikliklərinə məruz qalması ilə müşayiət olunacaq. Hazırda real addımlar atılır”.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ döyüş gəmilərini Qara dənizə göndərməkdən imtina etdi

2021-04-15

gun az article

Rusiyada yanğın zamanı 4 uşaq həlak olub

2021-04-15

gun az article

Blinken: Bayden Putini yaxın həftələrdə görüşməyə dəvət edib

2021-04-15

gun az article

Ukrayna baş nazirinin müavini: "Tezliklə tamamilə yeni Ağdam olacaq"

2021-04-14

gun az article

Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir"

2021-04-14

gun az article

Lukaşenkonun Azərbaycana səfəri başa çatıb

2021-04-14

gun az article

Azərbaycanda rəssam koronavirusdan ölüb

2021-04-14

gun az article

Qubadlı, Kəlbəcər, Ağdam və Füzuli hərbi prokurorluqları bina ilə təmin ediləcək

2021-04-14

gun az article

Rusiya XİN Baydenlə Putinin görüşünə hazırlıq görür

2021-04-14

gun az article

Paşinyan Ermənistanın müharibə itkilərini AÇIQLADI

2021-04-14

gun az article

Oleksi Reznikov: "Ukrayna Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək"

2021-04-14

gun az article

Azərbaycanda daha 2293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib

2021-04-14

gun az article

Baş epidemioloq: “Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb”

2021-04-14

gun az article

Ruhani: “İranın uranı 60% səviyyədə zənginləşdirməyə başlaması düşmənin Nətənzdəki təxribatına cavabdır”

2021-04-14

gun az article

"Onların mövqeyi Ermənistandakı revanşist qüvvələrə stumul verir": Millət vəkilindən Minsk Qrupunun son bəyanatına REAKSİYA

2021-04-14

gun az article

İranda koronavirusdan daha 304 nəfər ölüb, yoluxma sayı 25 582-ə çatıb – RƏSMİ STATİSTİKA

2021-04-14

gun az article

Lukaşenko: “İşğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər görülməlidir”

2021-04-14

gun az article

Ermənistanda koronavirusa yoluxanların sayı 204 mini ötüb

2021-04-14

gun az article

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb

2021-04-14

gun az article

İran uranı 60% səviyyədə zənginləşdirməyə başladığını bəyan edib: “Bu Tehranın provakativ addımıdır”-Ağ Ev

2021-04-14