SON XƏBƏRLƏR

Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında söhbət olub

2021.10.20, 07:36
Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında söhbət olub

Gunaz.tv

GünAz TV: Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

 

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

 

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

 

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar