SON XƏBƏRLƏR

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri Vyanada görüşüb

2021.10.20, 07:36
Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri Vyanada görüşüb

Gunaz.tv

GünAz TV: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub.


Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib.


Sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.


"Report" xəbər verir ki, bu barədə ATƏT tərəfindən bəyanat yayılıb.
Bəyanatda bildirilib ki, "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan martin 29-da  ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada görüşüblər".


Qeyd olunub ki, görüşdə həmçinin iki ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarov,  Zohrab Mnaçakanyan, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.


"Görüş müsbət və konstruktiv şəraitdə keçib və iki liderə öz mövqelərini aydınlaşdırmağa imkan verib. Onlar əsasən nizamasalma prosesinin əsas məsələləri üzrə fikirlər və ideyalar ətrafında fikir mübadiləsi aparıblar. Hər iki lider sülh şəraiti vəziyyətinin yaradılması və münaqişənin dinc yolla həllinin tapılması üçün danışıqlar prosesində konkret və hiss olunan addımların qəbulunun əhəmiyyətini vurğulayıblar", - deyə ATƏT-in bəyanatında bildirilir.


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan öz ölkələrinin XİN rəhbərlərinə yaxın gələcəkdə yenidən həmsədrlərlə görüşməyi tapşırıblar. Onlar həmçinin birbaşa dialoqu davam etdirməyi razılaşdırıblar.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar