Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB

2021-01-22 16:34

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı məsələyə münasibət bildirib.

Gunaz.tv Quote | Gunaz article

Modern.az-ın xəbərinə görə, Leyla Abdullayeva deyib ki, bu il yanvar 20-də Avropa Parlamentinin (AP) qəbul etdiyi illik doktrinal və hüquqi təsirə malik Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin tətbiqi barədə qətnaməsi və 2021-ci il üçün yol xəritəsi sayılan bu hesabat sənədində növbəti dəfə Şərq Tərəfdaşlığı ölkələrinin (o cümlədən Azərbaycanın) beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə Aİ-nin dəstəyi birmənalı şəkildə əks olunub:


«Bəzi ermənipərəst dairələrinin səylərinə baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqının Azərbaycanın və digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyə dair mövqeyində hər hansı dəyişiklik baş vermədi.


Sənəddə, həmçinin qeyd edilir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat müsbət qarşılanır, gələcək sülh üçün bu razılaşmanın daha yaxşı perspektivlər açacağına ümid ifadə olunur. Burada, mülki əhalinin öldürülməsi, mülki infrastrukturun dağıldılması, kasetli döyüş sursatlarından istifadə pislənir və bu xüsusda həm Ermənistan, həm də Azərbaycana çağırışlar edilir. Sənəddə məcburi köçkünlər və qaçqınların evlərinə geri qayıtması, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, habelə müharibə cinayətlərinə məsul olanların qanun qarşısında cavab verməsi kimi məsələlər əks olunub.


Bir sözlə, Avropa Parlamenti qətnaməsi Şərq Tərəfdaşlığı ölkərindəki  münagişələrlə bağlı bütün məsələlərin həllini məhz beynəlxalg hüquq əsasında, ilk növbədə isə ŞT ölkələrinin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüklərinin Aİ tərəfindən qətiyyətli dəstəklənməsi əsasında həll edilməsinin vacibliyini son 4 ildə olduğu kimi bir daha vurğulayıb». 


XİN rəsmisi qətnamədə əks olunmuş bəzi əsassız və gecikmiş məqamlara da aydınlıq gətirib:


«İlk növbədə, bölgənin gələcək statusu və Dağlıq Qarabağın erməni əhalisi və irsinin təhlükəsizliyinin təmin olunması məsələsi ilə bağlı mövqeyimiz bəllidir və birmənalı şəkildə dəfələrlə ifadə olunub. Bu mövqe ilə tanış olmayan AP üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb, erməni əhalisinin və irsinin təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan ərazisindəki bütün vətəndaşların hüquqları etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq Azərbaycan Konstitusiyası ilə təmin olunur; tarixi-mədəni abidələr isə dövlət səviyyəsində qorunur.


Qətnamədə qardaş Türkiyə ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır və bu xüsusda müstəsna rol oynayır».
 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Yoluxma 400-ü keçdi - 3 nəfər öldü

2021-03-07

gun az article

İranda koronavirusdan daha 93 nəfər vəfat edib, 8010 yeni növ “Covid-a9”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-03-07

gun az article

İranın xarici işlər naziri erməni həmkarı ilə telefonla danışıb

2021-03-07

gun az article

DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara - Xəbərdarlıq

2021-03-07

gun az article

Bu ilin sonunadək Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq - FOTO

2021-03-07

gun az article

Füzuli rayonunun Qarakollu kəndi - VİDEO

2021-03-07

gun az article

Sülhməramlılar erməni qadınlara çiçək bağışladı – FOTOLAR

2021-03-07

gun az article

Azərbaycanda daha 353 nəfər yoluxdu - 3 nəfər öldü

2021-03-07

gun az article

GünazTV March.06.2021 : “Amerikada masqa taxmaq siyasi məsələyə çevrildi”

2021-03-06

gun az article

Cəbrayılın Papı kəndindən GÖRÜNTÜLƏR

2021-03-06

gun az article

İranda Novruz bayramında xəstəliklə bağlı qırmızı və narıncı vəziyyətdə olan şəhərlərə səfərə qadağa qoyulub

2021-03-06

gun az article

İranda koronavirusdan daha 82 nəfər ölüb, 8 212 nəfər virusa yoluxub (Rəsmi statistika)

2021-03-06

gun az article

Zərif: “İran nüvə sazişi ilə bağlı danışıqlara başlanılması üçün öz konstruktiv planını təqdim edəcək”

2021-03-06

gun az article

İran və Naxçıvan ekologiya və təbii sərvətlər sahəsində əməkdaşlığı müzakirə edib

2021-03-06

gun az article

Zəngilanın Qaradərə kəndindən GÖRÜNTÜLƏR

2021-03-06

gun az article

Temperatur 10 dərəcə aşağı enəcək - Xəbərdarlıq

2021-03-06

gun az article

Bu gündən martın 9-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

2021-03-06

gun az article

Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb

2021-03-06

gun az article

ABŞ prezidenti İrana qarşı sanksiyaların müddətini daha bir il uzadıb

2021-03-06

gun az article

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

2021-03-06