Azərbaycan Prezidenti: “Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır”

2020-10-19 15:56

“Çox şadam ki, Siz gəlmisiniz. Ölkəmiz üçün bu çətin bir dövrdə Sizin gəlişiniz xüsusi məna daşıyır. Bu, bir daha Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təzahürüdür, həmrəyliyin təzahürüdür. Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik”.

Gunaz.tv Quote | Gunaz article

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.


Dövlət başçısı əlavə edib ki, hər gün cəbhədən çox gözəl xəbərlər gəlir: “Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir”.


Azərbaycan Prezidenti bildirib ki, Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır.


“Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq. Həm Türkiyə Böyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adi vətəndaşlardan mənə gələn məktublar böyük həmrəyliyin təzahürüdür.


Bu mövqeyə, qardaşlıq mövqeyinə görə və gəldiyiniz üçün bir daha Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, səfəriniz bizim qardaşlıq əlaqələrimizin tarixində yeni gözəl səhifə olacaqdır”, - deyə Azərbaycan Prezidenti bildirib.


Ə.A

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır”

2020-12-02

gun az article

Gəncədə rəsmilər yaralı hərbçilərin müalicə aldıqları xəstəxanada olublar

2020-12-02

gun az article

Azərbaycan Türkiyə ilə birgə Qarabağda Yüksək Texnologiyalar Parkı yaradacaq

2020-12-02

gun az article

Azərbaycan dövlət başçısı: “Artıq müharibə arxada qaldı”

2020-12-01

gun az article

Azərbaycan Prezidenti: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub”

2020-12-01

gun az article

Azərbaycan Prezidenti xalqa müraciət edir - CANLI

2020-12-01

gun az article

Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərdə partlayıcı maddələr, əsasən, əllə təmizlənir

2020-11-30

gun az article

Dünyada son sutkada 500 mindən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb

2020-11-30

gun az article

Azərbaycanın Təhsil naziri Tibb Universitetinin qəzada ölən tələbələri ilə bağlı paylaşım edib

2020-11-30

gun az article

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin üzvləri Ərsin Tatarla görüşüblər

2020-11-30

gun az article

Kəlbəcər rayonunun İstisu qəsəbəsindən - VİDEOGÖRÜNTÜLƏR

2020-11-28

gun az article

“Fənərbaxça” şəhid Niyamin Niftalızadə ilə bağlı başsağlığı verib- FOTO

2020-11-28

gun az article

Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib

2020-11-28

gun az article

Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”

2020-11-28

gun az article

Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq

2020-11-27

gun az article

Kanadada silahlı insident zamanı bir uşaq ölüb

2020-11-27

gun az article

Dünyada COVID-19-a yoluxanların sayı 61 milyonu keçib

2020-11-27

gun az article

Çavuşoğlu və NATO Baş katibi Dağlıq Qarabağı müzakirə ediblər

2020-11-26

gun az article

Rusiyalı senator: “Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarı hökumət üçün elə tövsiyə olaraq qalacaq”

2020-11-26

gun az article

Azərbaycan neftinin bahalaşması davam edir

2020-11-26