Azərbaycan Prezidentinin köməkçisi Ermənistana xəbərdarlıq edib

2020-10-01 13:56

Ermənistan silahlı qüvvələri ağır artilleriya və digər iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Gunaz.tv Quote | Gunaz article

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.


H. Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 17 nəfər mülki şəxs həlak olub, 51 nəfər yaralanıb. Dövlət və özəl mülkiyyətə zərər dəyib: “Ermənistanın bu əməlləri ilə sivil dəyərlərdən kənar olan ölkə olduğunu və növbəti dəfə mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən ölkə olduğunu göstərir. Hərbi əməliyyatlar şəraitində mülki insanların hədəfə alınması və ya qəsdən öldürülməsi hərbi cinayətdir. Ermənistan dövləti və Ermənistanın siyasi-rəhbərliyi buna görə məsuliyyət daşıyır. 


Ölkəmizə qarşı növbəti təcavüz aktı kimi bu gün Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycan ərazisi raket atəşinə məruz qalıb. Bu artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum aktıdır. Birinci hücum Ermənistanın Vardenis rayonu ərazisindən həyata keçirilib. Raket zərbəsi nəticəsində məcburi köçkünlər üçün yeni salınmış Cocuq Mərcanlı kəndində 20-yə yaxın evə zərər dəyib. 


Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək”.


Ə.A
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İzmirdə zəlzələdə ölənlərin sayı 17-yə, yaralıların sayı 709-a çatıb

2020-10-31

gun az article

XİN: Beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktını pisləməyə çağırırıq

2020-10-30

gun az article

Dövlət Komissiyası: Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib

2020-10-30

gun az article

Daha 9 kənd işğaldan azad edilib- FOTO

2020-10-30

gun az article

Baş prokuror: “Ermənistanın muzdlulardan istifadə etdiyi təsdiqlənib”

2020-10-30

gun az article

Baş Prokurorluq: Sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub

2020-10-30

gun az article

Hikmət Hacıyev: “Ermənistan çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədib”

2020-10-30

gun az article

Elman Rüstəmov: "Strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur"

2020-10-30

gun az article

Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

2020-10-30

gun az article

Amnesty International Bərdə terrorunda kasetli bombalardan istifadəni təsdiqlədi

2020-10-30

gun az article

Müdafiə Nazirliyi: “Azərbaycan tərəfinin hücum cəhdi olmayıb”

2020-10-30

gun az article

MN: Bərdəni atəşə tutan "Smerç" məhv edilib - VİDEO

2020-10-30

gun az article

Ermənilərin Göygöl və Goranboya mərmi atması nəticəsində meşəlik ərazilərdə yanğın başlayıb

2020-10-30

gun az article

Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib

2020-10-30

gun az article

Ermənistanda son sutkada COVID-19-a 2 398 yoluxma qeydə alınıb, 28 nəfər ölüb

2020-10-30

gun az article

Təhsil naziri: "Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib"

2020-10-30

gun az article

Mülki bölgələrə raket zərbələrinin endirilməsi ilə bağlı məsələ AŞPA komitəsinin gündəliyinə salınıb

2020-10-30

gun az article

İsraillin Bakıdakı keçmiş səfiri Azərbaycana əhalinin qorunması üçün “Dəmir Qübbə”ni təklif edib- FOTO

2020-10-30

gun az article

Müdafiə Nazirliyi: Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib

2020-10-30

gun az article

Ronaldinyodan Azərbaycana dəstək: “Qarabağ Azərbaycandır!” – VİDEO

2020-10-29