SON XƏBƏRLƏR

Azərbaycan Respublikası universitetlərinin diplomlarını Tehran niyə tanımır?

2021.10.20, 07:36
Azərbaycan Respublikası universitetlərinin diplomlarını Tehran niyə tanımır?

Gunaz.tv

GünAzTv: Azərbaycan Respublikasına bir neçə il öncə Güney Azərbaycandan ali təhsli almağa gələnlərin sayı indikindən dəfələrlə çox idi. İndi onların sayı azalıb.

Güneyli gənclərin Azərbaycan Respulikasına həmin niyyətlə gəlməsinin azlığının bir çox səbəbləri var. Ancaq onlardan ən başlıcası Tehran hakimiyyəin o,gənclərə münasibəti və Quzeydə alınan ali təhsil dipllomalarının tanınmamasıdır.

 

«Panorama.am»-ın məlumatına əsasən, İranın Səhiyyə Nazirliyi və tibbi müəssisələri  Azərbaycan Respublikasının ali təhsil ocaqlarının diplomnu tanımır. Mənbənin bildirdiyinə görə, bu hal Azərbaycanda iranlı tələbələrin təhsilini davam etdirməsi üçün probelm yaradır.

 

Xəbərə əsasən, onlarTehranın Bakıdakı səfiri Məhəmmədbağır Bəhrami ilə görüşdə bu haqda söyləyiblər.

 

Xatırladaq ki, cari ilin mayında İslam Respublikası səhiyyə nazirinin təhsil məsələləri üzrə müavini Məhəmmədəli Mühəqiqi bu məsələyə toxunraq, özəlliklə vurğulamışdı: «Azərbaycan Tibb Universitetində təhsilin aşağı səviyyədə olduğunu bəyan edən İranın təhsil Naziriliyi bu ali təhsil ocaqının adını siyahıdan çıxarıb».

 

İlam Respublikasının bu addımı heç də ali təhsilin səviyyəsi ilə bağlı deyil. Tutaq ki, Tibb Universitetinində təhsil aşağı səviyyədədir. Bəs, başqa universitetlərin diplomaları nədən tanınmır?

 

Bunun çox adi cavabı var: Tehran hakimiyyəti Azərbaycan Respublikasında ali təhsil almışlardan və oxuyanlardan ehtiyat edir. İranın uyğun qurumlarının Bakıda təhsil alan tələbə və məzunlara münasibətindən də bilmək olar.  Azərbaycandan İrana qayıdan tələbələrin sorğu-suala tutulması, ölkənin çeşidli hüquq-mühafizə orqalarında süründürülməsi, nəzarət altında saxlanılması və s. bu kimi halları örnək göstərmək olar.

 

İslam Respublikasının rəhbərliyi bu sayaq davranışı ilə güneyli gəncləri quzeydən uzaqlaşdırıb, onların Ermənistanda təhsil almasına şərait yaradırlar. 

 

Yeri gəlmişkən, Ermənistanın baş naziri Tiqran Sarqsyanın İran ötən aykı səfəri zamanı ikitərəfli ələqələrin genişləndirilməsi üçün bir sıra müqavilələr imzalanıb.Belə sənədlərdən biri də 2010-2013-cü illərdə təhsil, elm və texnologiya sahəsində əməkdaşlığa dair proqramdır.

 

Proqramı İslam Respublikasının elm, araşdırma və texnologiya naziri Kamran Daneşcu ilə Ermənistanın təhsil və elm naziri Armen Aşotyan imzalayıb.

 

Sənəd çərçivəsində tərəflər hər il tələbə mübadiləsi edəcək. Hər il 5 iranlı Ermənistanda aspiranturaya daxil olmaq imkanı qazanacaq, İslam Respublikası isə Ermənistana   2 bakalavar , 2 magistratura, 2 aspirantura yeri ayırıb.

 

İslam Respublikasından bir qrup yaxın günlərdə Ermənistana səfər edərək, bu ölkənin ali təhsil müəssisələrinin səviyyəsini öyrənəcək. Ezamiyyətdə olacaq iranlı nümayəndə heyətinin rəyinə əsasən Ermənisnan universitetlərinin verdiyi diplomalırın İranda tanınması istiqamətində Tehran hakimiyyəti qərar çıxaracaq.

 

Bir neçə ay öncə, İranın İslam İrşad və Mədəniyyət Nazirliyinin təmsilçisi  ilə Ermənistanın uyğun qurumunun nümayəndəsi  arasında 2010-2012-ci illər üçün bu təhsil sahəsində əməkdaşlığa dair  müqavilə imzalanıb.

 

Ermənistanın mədəniyyət naziri Asmik Poqosyan və onun iranlı həmkarı Mehdi Mustafavi imzalanmış sənəddən məmnun olduqlarını bəyan edərək, bildirmişlər ki, bu müqavilə mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşməsi və inkişafına şərait yaradacaq.

 

M.Mustafavi bildirmişdi ki, rəsmi Tehran Yerevanla mənəvi dəyərlərin qorunub, saxlanılmasına böyük önəm verir. Onun sözlərinə görə, İslam Respublikası müqəddəs Faddeya kilsəsini yaxın zamanlarda bərpa edəcək. İranlı nazir Yerevandakı Göy Məscidin qorunmasını da alqışlayıb.

 

Yeri gəlmişkən, rəsmi məlumata əsasən, İran İslam Respublikasının paytaxtı Tehranda erməni dillində 24 məktəb fəaliyyət göstərir. Bundan başqa oxşar təhsil müəssisələri Təbriz, Urmiya, İsfahanda da var.

 

Bir neçə ay öncə Ermənistanın elm və təhsil naziri Armen Aşotyan Tehranın Yerevandakı səfəri Seyid Əli Saqaiyanla görüşündə  İran və Ermənistan universitetlərinin diplomlarının qarşılıqlı tanınması ilə bağlı problem müzakirə edilmişdi.

 

Yerevandakı informasiya mənbələrinin məlumatına görə, İslam Respublikasının uyğun qurumu Ermənistan Dövlət Universiteti, Mxitara Heratsi adına Yerevan Dövlət Tibbi Universiteti və Ermənistan Dövlət Mühəndis Universitetinin diplomalarını tanımağa hazırlaşır.

 

Ermənistanın elm və təhsil naziri Armen Aşotyanı Tehrana 3 ay öncəki səfərdən dönərkən, demişdi: «İranın uyğun qurumlarının təmsilçilərinin Ermənistana səfəri  gözlənilir. Yayda biz ölkəmizin üç ali təhsil ocağının diplomunun tanınması ilə bağlı anlaşma əldə edəcəyik».

 

O, qeyd edib ki, 2010-cu ildə İranda təhsilini davam etdirmək üçün 10 erməni aspiranta İslam Respublikası təqaüd ayırıb.

 

Nazirin İrana səfəri zamanı Əmir Kəbir adına Tehran Dövlət Politexnik Universiteti ilə Ermənistan Dövlət Mühəndis Universiteti arasında əməkdaşlığa dair müqavilə də imzalanmışdı.

 

Özünü müsəlman, ədalətli sayan bir hakimiyyətin, İran İslam Respublikası rəhbərliyinin öz vətəndaşlarına, müsəlman Güney Azərbaycan türklərinə ögey münasibəti heyrət doğurur. Maraqlıdır, İranda yaşayan bir neçə 150 minlik erməninin yalnız Tehranda azından 24 məktəbi fəaliyyət göstərdiyi halda, 35 milyonluq Azərbaycan türklərinin anna dilində bir sinif məktəbi belə yoxdur. Bu azmış kimi onların Azərbaycan Respublikasında ana dilində ali təhsil almasını da diplomaları tanınmamaqla əngəlləyir.

 

Odur ki, Güney Azərbaycan türklərinin Azərbaycan Respublikasında təhsil almasının qarşısını Tehran hakimiyyət çeşidli üsullarla almağa çalışdığı təqdirdə, Ermənistan universitetlərinin diplomalarını belə tanımağa hazırlaşır. Sədrəddin Soltan

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar