Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorları görüşdü - Foto

2021-01-13 09:22

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun nümayəndə heyəti ...

Gunaz.tv Quote | Gunaz article

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun nümayəndə heyəti yanvarın 12-də Rusiya Prokurorluğunun yaranmasının 299 illiyinə həsr olunmuş tədbirlərdə iştirak məqsədilə Moskvaya səfər edib.


"Qafqazinfo" xəbər verir ki, səfər çərçivəsində Rusiyanın Baş prokuroru İqor Krasnov ilə keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi xüsusilə qeyd olunub.


Görüşdə Baş prokuror Kamran Əliyev bildirib ki, ölkə rəhbərliyinin siyasi kursuna uyğun olaraq prokurorluq orqanlarında genişmiqyaslı islahatlar aparılmış, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulub, yeni idarələr yaradılmaqla ümumilikdə idarə və şöbələrin sayı 18-ə çatdırılıb.


Baş prokuror otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini bildirib.


Söhbət zamanı Azərbaycan və Rusiya prokurorluqları arasında imzalanmış Əməkdaşlıq haqqında 2019-cu il 24 iyun tarixli Sazişin icrası ilə əlaqədar 2021-2023-cü illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.


Tərəflər ölkələrimizin prokurorluqları arasındakı sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə, habelə Əməkdaşlıq proqramının əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəd olacağına və yeni perspektivlər üçün əlverişli zəmin yaradacağına əminliklərini ifadə ediblər.


Bundan başqa, görüşdə mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən terrorçuluq, korrupsiya cinayətləri, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında danışılıb, iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, təlim səfərləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da görüşdə iştirak edib.


Həmçinin səfər çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib.


Görüşdə dövlət başçılarının 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarının müvafiq bəndlərinin icrası, həmçinin hüquqi əməkdaşlıq mexanizmləri müzakirə edilib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

27 il işğalda qalan Şahbulaq qalasından reportaj... - Fotolar+VİDEO

2021-01-24

gun az article

İrəvan qarışdı: "Satqın Nikol, istefa!" - VİDEO

2021-01-24

gun az article

Otuz erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilib

2021-01-24

gun az article

İranda koronavirusdan daha 89 nəfər vəfat edib, 5 945 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-01-24

gun az article

Türkiyə müdafiə sənayesinin daha bir UĞURU: İlk yerli döyüş gəmisi inşa olundu

2021-01-24

gun az article

ABŞ-dan Rusiyadakı etirazlara dəstək - Kreml QƏZƏBLƏNDİ

2021-01-24

gun az article

Moskvada polislə qarşıdurma oldu, yaralananlar var – Fotolar və VİDEO

2021-01-24

gun az article

Çavuşoğlu Azərbaycana başsağlığı verdi

2021-01-24

gun az article

Türkiyə qaçırılan dənizçilərin xilas edilməsi üçün hərəkətə keçdi

2021-01-24

gun az article

Nigeriyalı dəniz quldurları Türkiyə gəmisinə basqın edib, 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb

2021-01-24

gun az article

Ermənilər Zəngilan məzarlığını dağıdıb, meyitlərin qızıl dişlərini çıxarıblar - "ZƏFƏRİN İZİ İLƏ" - FOTOLAR və VİDEO

2021-01-23

gun az article

Ruhani: “Koronavirusun mutasiyaya uğramış növündən nigaranıq. Ölüm hallarının nə vaxt başa çatacağı bəlli deyil”

2021-01-23

gun az article

Rusiyada saxlanılanların sayı 230-a çatdı - FOTOLAR və VİDEOLAR

2021-01-23

gun az article

Cəbrayılın Aşağı Maralyan kəndindən GÖRÜNTÜLƏR

2021-01-23

gun az article

İranda koronavirusdan daha 69 nəfər ölüb, 6 207 nəfər yeni növ “Covid-19”a yoluxub (Rəsmi statistika)

2021-01-23

gun az article

Azərbaycanda bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

2021-01-23

gun az article

“Twitter” qolf meydançasında Trampa qarşı terrora çağırış edən Xamneyinin hesabını bağlayıb - FOTOLAR

2021-01-23

gun az article

Çavuşoğlunun Brüsseldə keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub

2021-01-23

gun az article

Azərbaycanda koronavirusa yoluxanların sayı AZALIR

2021-01-23

gun az article

GünazTV Jan.22.2021 : “Amerikanın yeni prezidenti COVİD-ə qarşı planını açıqladı”

2021-01-22