"Süni ixtilaflarla birliyimizi pozmağa çalışırlar"- Azərbaycan Tələbə Hərəkatı Astara hadisəsi ilə bağlı bəyanat yaydı

2021-06-02 16:05

Astarada baş verənlər Güney Azərbaycanda narahatlıqla izlənilir. Azərbaycan Tələbə Hərəkatı son hadisələrlə bağlı bəyanat yayıb

Gunaz.tv Quote | Gunaz article

Qurum Astara və Ərdəbil əhalisi arasında mübahisə və gərginlik yaratmaq cəhdlərini pisləyib.

Bəyanatda Astara bölgəsinin tarixindən bəhs edilir və bu yer adının türkcə olduğu bildirilir:

"Tarixi mənbələrdə müəlliflər Astaranı darvazaya oxşadıblar və bu fərziyyəyə görə, onun adının kökünün “Astana” olduğunu bildiriblər.
Bir sıra rəştlilər bu sözün kökünün (Ast:təpə, Ara:ara) olduğunu iddia edirlər. “Ara” sözünün türkcə olduğunu nəzərə alsaq şəhərin adının türkcə olması ehtimalı ortaya çıxır.

Əlbəttə, burada Astara sözünün kökünün türkcə olduğunu vurğulamaq bu bölgədə yaşayan talış və tat xalqlarını varlığını inkar etmək anlamına gəlmir. Bu sadəcə Ərdəbil və Astara şəhərlərinin yaxınlığını bildirmək məqsədi daşıyır.

Səfəvilərlə Osmanlılar arasında 1548-ci ildə bağlanan anlaşmaya görə, Talış və Astara Ərdəbildən idarə olunurdu və hətta Astara Şeyx Səfiyəddin vəqfinə məxsus idi.

Maraqlıdır ki, mövcud olan sənədlərə görə, 1923-cü ildə parlamentin 5-ci dövr seçkilərində Ərdəbil, Meşkin, Astara, Nəmin, Xalxal və Ucarud bir seçki dairəsi olub.

1937-ci ilin noyabr ayının 7-də təsdiq edilən qanuna görə, Şimal-Qərb əyaləti Ərdəbil, Təbriz, Xoy, Rizaiyyə, Marağa və Mahabad mahallarından təşkil olunmuşdu.

Bu mahallar isə bir neçə bölgədən ibarət idi. O cümlədən: 1.Ərdəbil, 2. Ərdəbilə tabe bölgələr, 3. Ucarud Muğan, 4. Meşkin, Arşaq, 5. Nəmin, Vilgic, Astara, 6. Xalxal və ətrafı.

Qeyd olunan dövrdə Astara əhalisinin dili türkcə idi və bu Ərdəbil-Astara bölgələrinin yaxınlıq və birliyini göstərir.   
   
Məlum oldğu kimi Astara ilə Ərdəbilin arası 80,  Astara ilə Rəşt şəhərinin məsafəsi isə 173 kilometrdir. Bu da qanuna görə Astaranın Ərdəbil əyalətinin tərkibində olmasına əsas verir"-deyə, bəyanatda qeyd olunur.

"Tarix boyu bir millətin gücünün artdığı vaxt ona qarşı görünməz silah olan bölücülük planından istifadə olunub"-deyə, vurğulayan bəyanat müəllifləri hesab edir ki, dağınıqlıq və məyusluq toplumun gücünün azalmasına səbəb olduğu üçün düşmənlər bundan məharətlə yararlanmağa çalışırlar.

 

"Tarix boyu düşmənləri Azərbaycana qarşı təzyiq göstərmək üçün müxtəlif vasitələrdən istifadə ediblər. Süni ixtilaflar və böhranlar yaradaraq Azərbaycan xalqının birliyini pozmaq, coğrafiyasını bölməyə çalışıblar. Ərdəbil-Təbriz, Zəngan-Qəzvin, Zəngan-Əbhər və indidə Ərdəbil-Astara arasında süni gərginlik və ixtilaf yaratmaq cəhdləri, deyilənlərə nümunədir"-təşkilatın bəyanatında qeyd olunur.

Tələbə Hərəkatı əhalini milli  və regional zəmində təxribatlara getməməyə çağırıb: "Millətimiz bilməlidir ki, düşmənlərimiz aramızda dağınıqlıq yaratmaqla bizi bir-birimizdən ayırmaq və öz məqsədiləri üçün istifadə etmək niyyətindədirlər.

Ərdəbil və Astara arasında baş verən gərginlik yalnız Azərbaycan düşmənlərinin sevincinə səbəb olub. Bu, Azərbaycan xalqı və torpağının inkişafına əngəl olmaq məqsədi ilə ortaya atılıb".

Qeyd edək ki, bir neçə gün öncə panfarsist cərəyanlara bağlı qeyri-türk şəxslər Astarada ərdəbillilərə qarşı kobudluq edib və onları döyüblər. Bu şəxslər özlərini türk kimi qələmə verərək məqsədli şəkildə Ərdəbil və Təbriz türklərini təhqir ediblər.

Güney Azərbaycanın milli-mədəni fəalları isə anti-türk cərəyanların və təşkilatların fitnəkar planlarını zərərsizləşdirmək üçün kampaniya başladıblar. 

Hadisə ilə bağlı bu gün mətbuata açıqlama verən Astara şəhərinin polis rəisi 7 nəfərin Astarada, 5 nəfərin isə Ərdəbildə saxlanıldığını bildirib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24