Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər

2021-06-18 16:39

Azərbaycan Ukraynaya qaz tədarükü ilə bağlı yeni mənbələrdən biri ola bilər.

Gunaz.tv Quote | Gunaz article

Bunu Ukraynanın Qaz Nəqli Operatoru Sisteminin müştərilərlə iş şöbəsinin müdiri Andrey Prokofyev enerji sahəsində əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan işçi qrupunun 4-cü iclasında çıxışı zamanı bildirib.

“Biz Ukrayna ilə Azərbaycanın neft-qaz şirkətləri arasındakı əməkdaşlığı çox yüksək qiymətləndiririk və bunun inkişafında maraqlıyıq. Vacib olanı isə budur ki, Azərbaycan tərəfinin də Ukraynaya qaz tədarükü imkanlarını inkişaf etdirmək üçün marağı var”, - deyə o bildirib.

Xatırladaq ki, hazırda Azərbaycandan Ukraynaya təbii qazın nəqli Türkiyə ərazisindən və daha sonra Trans-Balkan boru kəməri ilə mümkündür.

Qeyd edək ki, Ukrayna Qaz Nəqli Sistemi Operatoru 2020-ci ilin avqust ayında müştərilərinin istəyi ilə ilk dəfə Trans-Balkan qaz dəhlizi ilə Yunanıstandan Bolqarıstanın və Rumıniyanın qaz nəqli sistemləri vasitəsilə Ukraynaya revers qaz nəqlini həyata keçirib. Bu da Trans-Balkan marşrutunun texniki imkanlarını nümayiş etdirmiş olub.

2020-ci ildən bəri Ukrayna ilə Avropa ölkələri arasında dövlətlərarası əlaqə nöqtələrinin istismarı Avropa İttifaqının Üçüncü Enerji Paketinin tələblərinə uyğun olaraq, üçüncü tərəflərin hərraclar yolu ilə imkanlara sərbəst girişini təmin edir.

A. Prokofyev əlavə edib ki, Ukraynanın Qaz Nəqli Sistemi Operatoru idxal imkanlarını artırmaq üçün Trans-Balkan marşrutu boyunca təbii qaz nəqlinin inkişafı üzrə Rumıniya və Moldovadan olan tərəfdaşları ilə əməkdaşlığı davam etdirir: "Bu da Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlığın inkişafı üçün daha yaxşı şərait yaradacaq”.

Qeyd edək ki, Ukraynada illik təbii qaz istehlakı təxminən 30 mlrd kubmetr təşkil edir. Bunun da təxminən illik 20 mlrd kubmetri daxili istehsalı sayəsində ödənilir. İdxal olunan qaza tələbat isə təxminən 10 mlrd kubmetr təşkil edir. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31

gun az article

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

2021-07-31

gun az article

Putinlə Ərdoğan arasında telefon danışığı olub

2021-07-31

gun az article

MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

2021-07-31

gun az article

Tehranda benzin etirazlarında öldürülən aksiyaçıların doğmaları aksiya keçirib: Şəhid anaları həbs edilib

2021-07-31

gun az article

Cahit Bağçı Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyəti açıqladı

2021-07-31

gun az article

Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

2021-07-31

gun az article

Hərbi ekspert: "Ukraynalılar Azərbaycanın yolu ilə gedərək qələbə qazanmaq istəyirlər"

2021-07-31

gun az article

Leyla Abdullayeva: “Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”

2021-07-31

gun az article

“Tokio-2020”: Türkiyə ilk qızıl medalını qazandı

2021-07-31

gun az article

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür edib

2021-07-31

gun az article

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

2021-07-31

gun az article

Meşə yanğınları Alanyaya çatdı - VİDEO

2021-07-31

gun az article

Yair Lapid: “Neft tankerimizə hücum İranın işidir və ona kəskin cavab verilməlidir”

2021-07-31

gun az article

Səfir Bilal Hayee: "Pakistan xalqı hər zaman Azərbaycan xalqının yanındadır"

2021-07-31