Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər

2021-01-20 10:05

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” imzalanan saziş 13 avqust 2020-ci il tarixdə qüvvəyə minib.

Gunaz.tv Quote | Gunaz article

Sazişə əsasən, qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 (doxsan) gün müddətinə viza tələbindən azad edilirlər.

 
Maraqlıdır, bəs Azərbaycan və Türkiyə arasında gələcək zamanlarda ikili vətəndaşlığa icazə verilə bilərmi?

 
Milli Məclisin deputatı Jalə Əliyeva Modern.az-a deyib ki, ikili vətəndaşlığa hər iki ölkənin qanunlarını nəzərdən keçirdikdən sonra icazə verilə bilər:

 
“Bölgədə və dünyada hər kəsə məlum olduğu kimi, Azərbaycan və Türkiyə iki qardaş, iki dost ölkələrdir. Heç təsadüfi deyil ki, Azərbaycanın ümummilli liderinin aforizminə çevrilmiş “İki dövlət, bir millət” fikri bu gün iki ölkə arasındakı münasibətlərdə özünü sübut edir.

 
Xüsusilə də, 44 günlük haqq savaşında Türkiyənin bütün xalqının Azərbaycanın yanında olması çox əhəmiyyətli bir mesajdır. Son on illiklərdə iki dövlət arasındakı münasibət durmadan müsbət xətt üzrə inkişaf edir.

 
Vizalardan azad olma məsələsinə gəldikdə artıq iki ölkənin vətəndaşları sadəcə şəxsiyyət vəsiqələri ilə səfər edə bilərlər. Bu saziş bir daha Azərbaycan və Türkiyə arasında olan münasibətləri göstərir.

 
Gələcəkdə ikili vətəndaşlığın olmasından danışsaq, bu, hər iki ölkənin qanunları ilə tənzimlənə bilər. Bu məsələdə hər iki ölkədə qanunları nəzərdən keçirilib, daha sonra dəyişiklər edilə bilər. Artıq qardaş ölkəyə vizasız səfər edə biliriksə, gələcəkdə ikili vətəndaşlıq da ola bilər”.

 
Türkiyə Böyük Millət Məclisinin üzvü və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun  rəhbəri Şamil Ayrım:

 
“İkili vətəndaşlıq məsələsi gələcəkdə iki ölkənin qanunlarını nəzərdən keçirilərək, qərar verilə bilər. İkili vətəndaşlıq olmasa da, Türkiyədə Azərbaycan vətəndaşına hər bir yardım göstərilir. Amma, hazırda ikili vətəndaşlıq məsələsi gündəmdə deyil”. (Fidan İlqarqızı)


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV March.03.2021 : “Mayda Birləşmiş Ştatlarda bütün Amerikalılara yetəcək qədər vaksin olacaq”

2021-03-03

gun az article

GünazTV March.03.2021 : “Amerika düşünür ki, İran Yəmən konfiliktinə alov vurur”

2021-03-03

gun az article

Yoluxma azaldı, ölüm sayı artdı

2021-03-03

gun az article

Zəngilan rayonunun Beşdəli kəndindən görüntülər - Fotolar + VİDEO

2021-03-03

gun az article

İranda koronavirusdan daha 86 nəfər vəfat edib, 8 525 nəfər virusa yoluxub (Rəsmi statistika)

2021-03-03

gun az article

İranın Kirman əyalətinin Faryab şəhərində 4 bal gücündə zəlzələ baş verib

2021-03-03

gun az article

İraqda ABŞ qüvvələrinin yerləşdiyi bazaya raket zərbələri endirilib

2021-03-03

gun az article

Sistan-Bəlucistanda “Sepah”ın iki avtomobilinə hücum edilib. 5 “Sepah”çı öldürülüb, 3-ü girov götürülüb

2021-03-03

gun az article

Ermənilər Qarabağa qayıtmaq istəmirlər – ARAŞDIRMA

2021-03-03

gun az article

Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazılıb

2021-03-03

gun az article

ABŞ-da ağır yol qəzası nəticəsində 15 nəfər ölüb

2021-03-03

gun az article

Səfir: "İran işğaldan azad olunan ərazilərin bərpasında iştirak etmək istəyir"

2021-03-03

gun az article

Mehriban Əliyeva Od çərşənbəsi münasibəti ilə hər kəsi təbrik edib - FOTO

2021-03-03

gun az article

GünazTV March.02.2021 : “Amerika Birləşmiş Ştatlarınını Prezidenti Coe Bayden İrana xəbərdarləq etdi. Diqqətli ol”

2021-03-02

gun az article

Türkiyə - Ermənistan sərhədləri açıla bilər... – CHP-li deputatdan AÇIQLAMA

2021-03-02

gun az article

Azərbaycanda daha 352 nəfər COVID-19-a yoluxub, 143 nəfər sağalıb,2 nəfər vəfat edib

2021-03-02

gun az article

İranda koronavirusdan daha 86 nəfər ölüb, 8 495 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2021-03-02

gun az article

Möhsün Rzayi: “İran Qarabağa girməlidir. Azərbaycan Respublikası və İran iki ölkədə olan bir millətdir” - Fotolar

2021-03-02

gun az article

Azərbaycan Ordusunun avtomobil karvanı Qırmızı Bazardan keçdi

2021-03-02

gun az article

Ərdoğan Azərbaycanla Türkiyə arasında daha bir vacib sənədi TƏSDİQLƏDİ

2021-03-02