Azərbaycan XİN Ermənistana cavab verdi

2021-06-19 22:06

"Ermənistan Xarici İşlər Nazirliyi 2021-ci il 18 iyun tarixli bəyanatında ölkəmizi 44 günlük müharibə zamanı Ermənistan tərəfindən Azərbaycan ərazisində qanunsuz şəkildə döyüşən, müharibə cinayətləri, terror aktları törətməkdə, muzdlu kimi döyüşməkdə təqsirləndirilən şəxsləri mühakimə etməkdə ittiham edir.

Gunaz.tv Quote | Gunaz article

Ermənistan XİN-in bəyanatında “hərbi əsirlər” və “mülki şəxslər” kimi göstərilən şəxslər hərbi əməliyyatlar zamanı və əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində qəsdən adamöldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir.

Əlbəttə, Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları, muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var".

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in müvafiq bəyanatına dair şərhində yer alıb.

"Hazırda Azərbaycan tərəfində saxlanılan və istintaqa cəlb olunan ermənilərə gəldikdə, Ermənistan XİN-ə xatırladırıq ki, bu şəxslərdən bir qrupu 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan terrorçu qrupun üzvləridir və bu qrupun təxribatçı fəaliyyəti nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu öldürülüb, bir mülki şəxs isə ağır yaralanıb. 

İttiham olunan erməni əsilli Livan vətəndaşı əcnəbi muzdlu qismində pul qarşılığında 44 günlük müharibə zamanı azərbaycanlı hərbçi və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki erməni vətəndaşı isə hələ Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı mülki şəxslərə və hərbçilərə işgəncə verməkdə ittiham olunan şəxslərdir.

Vurğulamaq istərdik ki, Azərbaycanda saxlanılan ermənilərin yerinin gizli saxlanılması ilə bağlı deyilən fikirlər tamamilə yalandır. Rəsmi açıqlamalarda artıq bildirildiyi kimi, Azərbaycan bu şəxslərin saxlanılma vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi, insan hüquqları üzrə müvəkkilin (ombudsman) saxlanılan şəxslərlə mütəmadi görüşləri təşkil edilib və bu şəxslərin səhhəti barədə tibbi sənədlər belə təqdim edilib.

Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

Bunun qarşılığında isə Ermənistan tərəfinin addımları göz qabağındadır. Yalnız Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan bu ölkənin yüksəksəviyyəli rəsmiləri tərəfindən açıq şəkildə etiraf edildiyi kimi, çoxsaylı mina xəritələrini gizlədir, Azərbaycana verməkdən imtina edir. Hələ Birinci Qarabağ müharibəsində itkin düşən 4 minədək azərbaycanlının taleyi barədə bu günədək heç bir məlumat verilməyib. 

Ərazilərimiz işğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatı gizlətdiyinin bariz sübutudur.

Ermənistan XİN-i beynəlxalq hüquq pozuntularından danışmağa başlamadan əvvəl Ermənistan Respublikasının 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdaladığını, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozduğunu göz önünə gətirməlidir"-, məlumatda qeyd olunub. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanın Yardımlı bölgəsində meşə yanır

2021-08-02

gun az article

Avropada yoluxma sayı 60 milyonu ötdü

2021-08-02

gun az article

Milli Qəhrəman Çingiz Qurbanov haqqında film çəkildi

2021-08-02

gun az article

Baş nazir işğaldan azad edilmiş ərazilərdə kütləvi və fərdi məzar yerləri ilə bağlı tapşırıq verdi

2021-08-02

gun az article

Ermənistanda "Delta" ştammı aşkarlandı

2021-08-02

gun az article

Qarabağda daha 4 erməni hərbçinin qalıqları tapıldı

2021-08-02

gun az article

Ermənistanın yeni müdafiə naziri təyin olunub

2021-08-02

gun az article

Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

2021-08-02

gun az article

Qarabağda erməni hərbçi özünü partladaraq intihar edib

2021-08-02

gun az article

İran rəsmisi: “Vaksinasiya işini gecə başladığımız üçün xəstəlikdən gündəlik ölənlərin sayı 800 nəfərə çata bilər”

2021-08-02

gun az article

Daha 20 ölkədən Azərbaycana uçuşlara icazə verildi

2021-08-02

gun az article

Qırğızıstanın axtarışda olan keçmiş prezidenti Əsgər Akayev Bişkekə gəlib

2021-08-02

gun az article

"Delta" ştammı İranda təhlükəli hal aldı: Səhiyyə naziri Xamneyidən iki həftəlik qapanma tələb etdi

2021-08-02

gun az article

Gürcüstan azərbaycanlıları rus soyad sonluqlarından imtina edir

2021-08-02

gun az article

İntizam komissiyası deputat Eldəniz Səlimovla bağlı qərar verdi

2021-08-02

gun az article

Piter Teys: "Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir"

2021-08-02

gun az article

“Həqiqətin bir hissəsini xalqa danışmadıq”- Həsən Ruhani hökumətin son iclasını keçirib

2021-08-02

gun az article

Paşinyan yenidən baş nazir seçildi

2021-08-02

gun az article

Parlament çoxluğu Paşinyanın Ermənistanın Baş naziri postuna namizədliyini irəli sürüb

2021-08-02

gun az article

Antoni Blinken: “İsrailin neft tankerinə hücuma görə İran məsuliyyət daşıyır və ona lazımli cavab veriləcək”

2021-08-02