SON XƏBƏRLƏR

Azərbaycanda İranın yaratdığı terrorçu dəstə zərərsizləşdirilib

2021.10.20, 07:36
Azərbaycanda İranın yaratdığı terrorçu dəstə zərərsizləşdirilib

Gunaz.tv

GünAz TV: «Sepah» və «Hizbullah»ın əli ilə yaradılan qrup odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək terror törədilməsinə hazırlaşırmış.

 

Milli Təhlükəsizlik Nazirliyi İranın xüsusi xidmət orqanı olan "Sepah"ın və “Hizbullah”ın Azərbaycanda yaratdığı terrorçu dəstəni zərərsizləşdirib. Az.TV-nin verdiyi məlumata görə, dəstə ölkədəki xarici vətəndaşlara qarşı odlu silah, partlayıcı maddələrdən və qurğulardan istifadə edərək terror törədilməsi məqsədilə yaradılıb.

 

Dəstə üzvləri "Sepah"ın təlimatı ilə kəşfiyyat xarakterli (mahiyyətli) məlumatlar toplayıblar. Onlar qanunsuz olaraq xeyli sayda odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək, terror törədilməsi ilə bağlı hazırlığa başlayıblar. "Sepah"ın əməkdaşı Həmid adlı şəxslə “Hizbullah" terror təşkilatının "Müqavimət" hərbi əməliyyatlar qanadının rəhbəri Hacı Abbasın birgə yaratdığı mütəşəkkil dəstənin üzvləri arasında vəzifə bölgüsü belə aparılıb.

 

Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycanda bir qrup şəxs saxlanılıb. Nardaran Ağsaqqallar Şurasının üzvü Kərbəlayi Natiq Kərimov APA-ya bildirib ki, Milli Təhlükəsizlik Nazirliyi və daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində tutulanların əksəriyyəti Bakı kəndlərinin, xüsusilə də Nardaran sakinləridir. Onlar ölkədə silahlı birləşmə yaratma, qanunsuz silah saxlama, dövlətə xəyanət və narkotiklərin (müxəddir maddələri)  qanunsuz dövriyyəsində təqsirli bilinirlər. N.Kərimov deyib ki, onlara indiyə qədər saxlanılan 20 nəfərin adı məlumdur: “Bu şəxslərin çoxu bizim qohumumuz və yaxın adamımızdır”.

 

N.Kərimovun bildirdiyinə görə, saxlanılanlar arasında qardaşı Niyazi Kərimov, “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədov, dini məqalələrlə çıxış edən Əbülfəz Bünyadov, “Fars” xəbər agentliyinin və İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri kimi təqdim olunan Anar Bayramlı, “Səhər” telekanalının sürücüsü Ramil Dadaşov, Azərbaycanda terror hazırlamaqda ittiham edilən və axtarışda olan Balaqardaş Dadaşovun bacısı oğlu Əli Məmmədov da var. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar