Azərbaycanda karantin rejimi daha da yumşaldıldı

2021-01-25 10:38

Yanvarın 25-dən Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılır.

Gunaz.tv Quote | Gunaz article

Modern.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir.

 
Qeyd olunur ki, dünyada, o cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. 

 
Eyni zamanda bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması qərara alınıb.

 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:


 -ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);


-bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

-muzey və sərgi zallarının fəaliyyəti;
-şəhərlərarası və rayonlararası hərəkət. 

 
2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur. 

 
Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.
 
 
Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır. 

 
Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

 
Qeyd edək ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir. 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Yoluxma 400-ü keçdi - 3 nəfər öldü

2021-03-07

gun az article

İranda koronavirusdan daha 93 nəfər vəfat edib, 8010 yeni növ “Covid-a9”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-03-07

gun az article

İranın xarici işlər naziri erməni həmkarı ilə telefonla danışıb

2021-03-07

gun az article

DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara - Xəbərdarlıq

2021-03-07

gun az article

Bu ilin sonunadək Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq - FOTO

2021-03-07

gun az article

Füzuli rayonunun Qarakollu kəndi - VİDEO

2021-03-07

gun az article

Sülhməramlılar erməni qadınlara çiçək bağışladı – FOTOLAR

2021-03-07

gun az article

Azərbaycanda daha 353 nəfər yoluxdu - 3 nəfər öldü

2021-03-07

gun az article

GünazTV March.06.2021 : “Amerikada masqa taxmaq siyasi məsələyə çevrildi”

2021-03-06

gun az article

Cəbrayılın Papı kəndindən GÖRÜNTÜLƏR

2021-03-06

gun az article

İranda Novruz bayramında xəstəliklə bağlı qırmızı və narıncı vəziyyətdə olan şəhərlərə səfərə qadağa qoyulub

2021-03-06

gun az article

İranda koronavirusdan daha 82 nəfər ölüb, 8 212 nəfər virusa yoluxub (Rəsmi statistika)

2021-03-06

gun az article

Zərif: “İran nüvə sazişi ilə bağlı danışıqlara başlanılması üçün öz konstruktiv planını təqdim edəcək”

2021-03-06

gun az article

İran və Naxçıvan ekologiya və təbii sərvətlər sahəsində əməkdaşlığı müzakirə edib

2021-03-06

gun az article

Zəngilanın Qaradərə kəndindən GÖRÜNTÜLƏR

2021-03-06

gun az article

Temperatur 10 dərəcə aşağı enəcək - Xəbərdarlıq

2021-03-06

gun az article

Bu gündən martın 9-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

2021-03-06

gun az article

Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb

2021-03-06

gun az article

ABŞ prezidenti İrana qarşı sanksiyaların müddətini daha bir il uzadıb

2021-03-06

gun az article

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

2021-03-06