SON XƏBƏRLƏR

Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək - SƏRƏNCAM

2021.10.20, 07:36
Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək - SƏRƏNCAM

Gunaz.tv

GünAz TV: Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

 

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

 

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar