Azərbaycanda polisi döyən deputatın səlahiyyətlərinə xitam verildi

2021-08-03 13:33

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilib.   İclasa spiker Sahibə Qafarova sədrlik edib.

Gunaz.tv Quote | Gunaz article

96 deputatın iştirak etdiyi toplantıda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirə olunub.
 

İclasda Baş prokuror Kamran Əliyev də iştirak edib.
 
Xatırladaq ki, iyulun 29-da saat 01.00 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşına xidməti vəzifələrinin icra edən zaman zor tətbiq edib. 
Olay barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
 
Baş prokuror bildirib ki, toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. 
 
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
İclasda çıxış edən parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib ki, deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsinə kifayət qədər səbəblər var.
 
 
Komissiya sədri bildirib ki, deputatların şərəfli adını qorumalıyıq: “Hər kəs qanun qarşısında bərabərdir. Bu hadisə hər birimiz üçün dərs oldu”.
 
 
Deputat Məlahət İbrahimqızı  bildirib ki, bugünkü müzakirə hədsiz dərəcədə üzücüdür. 
“Biz bu mandatı icad etməmişik. Biz bunu seçicilərin haqqı ilə qazanmışıq. 44 günlük Vətən müharibəsində hər birimiz arxa cəbhədə mübarizə apardıq. Biz hər bir əməlimizdə bunu nəzərə almalıyıq. Məsuliyyətsizlik parlamentin adına ləkə gətirə bilməz. Qazanılan uğurlara kölgə salınmasına icazə verməli deyilik”- deyə, o bildirib.

 
Deputat Musa Quliyev Eldəniz Səlimovun yanlış hərəkət etdiyini bildirib: “Təəssüflər olsun ki, bu gün biz Milli Məclisin bir üzvünün Azərbaycan zabitinə qarşı dələduzluğunu müzakirə edirik. Bizim deputat həmkarımız Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib”.
 
Deputat Zahid Oruc çıxışında bildirib ki, millət vəkili cəmiyyəti qıcıqlandıracaq hərəkətlərə yol verməməlidir.
“Burada xuliqanlıq, özbaşınalıq, qanuna hörmətsizlik elementləri var. Biz qanunlar qəbul edirik”. 
 
Komitə sədri bildirib ki, polisə və zabitə qalxan əl dövlətə qalxan əl kimi qiymətləndirilməlidir:
 
“Qanunları yazan və milləti hüquqa dəvət edən bizik. İndiki halda qanunu qoruyan polisdir, həmin millət vəkili deyil. Parlament üzvü millətin simasını təmsil edir, ona qarşı çıxanda isə bu simanı itirir”.
 
Bundan əlavə, Z.Oruc bir neçə deputatdan ibarət nümayəndə heyətinin Xaçmaza səfər etməsini, ziyalılarla görüşməsini təklif edib.
 
 
Müzakirələrdən sonra Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilib. 

Bununla da parlamentin növbədənkənar sessiyası işini başa vurub.
 
İclas Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əfqanıstanda partlayış: 3 ölü, 20 yaralı

2021-09-18

gun az article

Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub

2021-09-18

gun az article

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

2021-09-18

gun az article

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb

2021-09-18

gun az article

Amerika rəsmisi: “Blinkenin iranlı həmkarı ilə görüşmək üçün planı yoxdur”

2021-09-18

gun az article

Ordumuzun minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir- VİDEO

2021-09-18

gun az article

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

2021-09-18

gun az article

Şuşada Beynəlxalq Musiqi Festivalının açılışı oldu

2021-09-18

gun az article

“Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov

2021-09-18

gun az article

İmran Xan: “İran-Səudiyyə qarşıdurması Pakistan üçün faciə sayılacaq”

2021-09-18

gun az article

“Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov

2021-09-18

gun az article

Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

2021-09-18

gun az article

Livanın baş naziri: “Hizbullah”ın İrandan yanacaq idxal etməsi Livanın milli hakimiyyətini pozur”

2021-09-18

gun az article

İƏT Ombudsmanlar Assosiasiyası Qarabağla bağlı hesabat hazırlayacaq

2021-09-18

gun az article

"Aİ hərbi cəhətdən ABŞ-dan asılı olmamalıdır" - Almaniyalı nazir

2021-09-18

gun az article

Rusiyada virusdan daha 799 nəfər ölüb

2021-09-18

gun az article

Baş nazir: "Gürcüstan-Azərbaycan dostluq münasibətləri yüksək səviyyədədir"

2021-09-18

gun az article

İranda bankdan kredit ala bilməyən gənc müəllim intihar edib

2021-09-18

gun az article

ABŞ-dan Fransaya 90 milyardlıq zərbə - Makron səfiri geri çağırdı

2021-09-18

gun az article

Mədəniyyət xadimləri Güllələnmiş heykəlləri ziyarət edib

2021-09-18