SON XƏBƏRLƏR

Azərbaycanda prezident seçkiləri keçirilir, prezident İlham Əliyev səs verib

2021.10.20, 07:36
Azərbaycanda prezident seçkiləri keçirilir, prezident İlham Əliyev səs verib

Gunaz.tv

GünAz TV: Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərini açıq elan edib. O bildirib ki, prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

 

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının (MSK) saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

 

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

 

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

 

Artıq Azərbaycan prezidenti İlham Əliyev səs verib.

 

Prezident 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

 

Prezidentin xanımı Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar