Azərbaycanda Zəfər Günü noyabrın 8-də qeyd ediləcək

2020-12-03 14:10

Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirilib.

Gunaz.tv Quote | Gunaz article

APA-nın xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yaydığı məlumatda bildirilir ki, Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxıb. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanıb, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.


“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.


Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer edib, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.


Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib.


Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub.


Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək”, - deyə məlumatda bildirilir.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Jan.21.2021 : “Coe Bayden Prezident andı içdi və 15 qərara imza atdı”

2021-01-21

gun az article

Azərbaycanla Türkmənistan arasındakı uzun illərin mübahisəsinə son qoyuldu

2021-01-21

gun az article

Qarabağda son 30 ildə məhv edilən erməni hərbçilərin SAYI...

2021-01-21

gun az article

Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış pul buraxıldı

2021-01-21

gun az article

İranda koronavirusdan daha 93 nəfər ölüb, 6 204 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-01-21

gun az article

Lloyd Austin: “İran regiondakı qüvvələrimizə və müttəfiqlərimizə qarşı bir təhdiddir”

2021-01-21

gun az article

Ağ Evin yeni sözçüsü: “Bayden İranla bağlı ABŞ müttəfiqləri ilə məsləhətləşəcək”

2021-01-21

gun az article

Ərdoğan: “Sadələşdirmə adı altında türkcəmiz tarixin ən böyük qətliamına məruz qalıb”

2021-01-21

gun az article

Ölkə əhalisinin sayı AÇIQLANDI

2021-01-21

gun az article

İran XİN başçısı Azərbaycana səfər edəcək

2021-01-21

gun az article

Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını AÇIQLADI

2021-01-21

gun az article

Co Bayden and içdi – Fotolar və VİDEO

2021-01-21

gun az article

GünazTV Jan.20.2021 : “Tramp Ağ Evdən gedir, Bayden isə gəlir”

2021-01-20

gun az article

20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub - VİDEO

2021-01-20

gun az article

Azərbaycan xalqı şəhidlərini yad edir - FOTOLAR

2021-01-20

gun az article

Ruhani Amerikanın yeni hökumətini nüvə sazişinə qayıtmağa çağırıb: “Bu gün top Vaşinqtonun meydançasındadır”

2021-01-20

gun az article

İranda daha 84 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 57 000 nəfəri keçib (Rəsmi statistika)

2021-01-20

gun az article

İranda sərnişin avtobusnun TIR-la toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

2021-01-20

gun az article

İran Donald Trampa və Amerikanın daha 9 rəsmisinə qarşı sanksiya qoyub

2021-01-20

gun az article

Qarabağa zorla köçürülən ermənilər geri qaçır – YALAN STATİSTİKANIN GERÇƏK TƏRƏFLƏRİ

2021-01-20