SON XƏBƏRLƏR

Azərbaycanı “Eurovision-2010”-da təmsil edəcək müğənni müəyyənləşdi

2021.10.20, 07:36
Azərbaycanı “Eurovision-2010”-da təmsil edəcək müğənni müəyyənləşdi

Gunaz.tv
GünAzTv mətbuat mərkəzinin ANS-ə istinadən yaydığı məlumata görə, dünən “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi və onun ifa edəcəyi mahnının seçilməsi üçün milli final keçirilib. “Buta Palace”da baş tutan milli finalda Səfurə Əlizadə münsiflərin müsbət rəyini qazanaraq mayın 27-də keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsinin II yarımfinalında Azərbaycanı təmsil etmək hüququ qazanıb. Azərbaycan təmsilçisi və ifa olunacaq mahnı İTV-nin baş direktoru İsmayıl Ömərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, dirijor Azad Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyevin daxil olduğu münsiflər heyəti tərəfindən seçilib. Milli finalda Səfurə Əlizadə, Məryəm Şabanova və “Milk&Kisses” qrupu “Cancelled”, “Don’t Let The Morning Come”, “Drip Drop”, “Soulless” və “Under My Skin” mahnılarını ifa ediblər. Konsertdə qonaq qismində Gürcüstanı “Eurovision-2010” müsabiqəsində təmsil edəcək Sofo Nijaradze və Rusiyanın “Fabrika zvezd” layihəsinin iştirakçısı Dakota iştirak edib. Milli final konserti Azərbaycanın İctimai Televiziyası, Türkiyənin TRT və Gürcüstanın İctimai Televiziya kanalı ilə canlı yayımlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar