SON XƏBƏRLƏR

“Azərbaycanın Əndəryan qızıl mədəninin gəlirlərindən bölgənin inkişafı üçün pay ayrılmalıdır”

2021.10.20, 07:36
“Azərbaycanın Əndəryan qızıl mədəninin gəlirlərindən bölgənin inkişafı üçün pay ayrılmalıdır”

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Ədliyyə İdarəsinin ictimai məsələlər üzrə rəis müavini Əndəryan qızıl mədəni gəlirlərinin bir hissəsinin məntəqənin inkişafı üçün sərf edilməsini istəyib.

 

 

Əhməd Müvəqqəri Vərziğan məntəqəsində yerləşən mədənin problemlərinin həlli üçün keçirilən iclasda dünyanın bütün ölkələrində mədənçıxarma şirkətlərinin sosial investisiyalar həyata keçirdiyini qeyd edərək Əndəryan və Astarqan qızıl mədənlərində fəaliyyət göstərən şirkətləri yerli əhalinin “haqlı tələblərini yerinə yetirməyə” çağırıb.

 

 

O əlavə edib ki, Əndəryan qızıl mədəninin problemləri ən qısa zamanda həll olunmalıdır.

 

 

İclasda mədənlə bağlı verilən qərarların heç birinin icra olunmadığını etiraf edən Təbriz prokuroru Babək Məhbub Əlilu da mədənin fəaliyyəti barədə veriləcək qərarda ətraf mühitin mühafizəsi və insanların sağlamlığının diqqətə alınmasını istəyib.

 

 

Qeyd edək ki, Əndəryan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi problemi uzun illərdir ki, davam edir. Rəsmi orqanlar, o cümlədən Ətraf Mühit İdarəsi bu barədə olan məlumatı ictimaiyyətdən gizlədərək problemin bu günkü həddə çatmasına səbəb olublar.

 

 

Mart ayında Əndəryan Qızıl Mədəninin ətrafında yerli əhalinin mal-qarası kütləvi şəkildə tələf olmuşdur. Bundan sonra mədənin fəaliyyəti rəsmi orqanlar tərəfindən müvəqqəti olaraq dayandırılıb.

 

 

Təxminən 30 milyon ton ehtiyatı olan Əndəryan mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf mühit təhlükəli maddə ilə çirklənmiş olur. 

 

  

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar