SON XƏBƏRLƏR

Azərbaycanın görkəmli şairi Hüseyn Kərimi Marağalının heykəli ucadılıb – Marağada

2021.10.20, 07:36
Azərbaycanın görkəmli şairi Hüseyn Kərimi Marağalının heykəli ucadılıb – Marağada

Gunaz.tv

GünAz TV: Satirik şerləri dillər əzbəri olan Azərbaycanın görkəmli şairi Hüseyn Kərimi Marağalının doğulduğu şəhərdə heykəli ucadılıb.

 

Çərşənbə günü Marağa şəhərinin “Marağalı Kərimi” meydanında keçirilən açılış mərasimində şəhər rəhbərliyi ilə yanaşı çox sayda ədəbiyyatçı və ictimai xadim iştirak edib.

 

Heykəl Marağa Bələdiyyəsinin sifarışı ilə heykəltəraş Kiyan İsfəndiyari tərəfindən hazırlanıb.

 

“Ustad Kəriminin fəaliyyətini təqdir etmək məqsədi ilə belə bir heykəl hazırlanıb. Bu günə qədər Marağa meydanlarında Xacə Nəsirəddin Tusi, Marağalı Əvhədi, Əbdülqadir, ustad Heydər Abbasi Barışmaz və ustad Kərimiyə heykəl ucadılıb”- deyə Marağanın Bələdiyyə başqanı Məhəmmədrza Əhmədi çıxışında qeyd edib.

 

Azərbaycanın tanınmış satirik şairi olan Hüseyn Kərimi Marağalı 1927-ci ildə Marağada dünyaya göz açıb. Türk və Fars dillərində yazan tanınmış şairin bu günə qədər onlarla şer toplusu ışıq üzü görüb. Onun satirik şerlərinin çoxu 16 cildlik məşhur “Rəngarəng” kitabında yayılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar