SON XƏBƏRLƏR

“Azərbaycanın Traxtur”u adı rəsmən qeydiyyata alındı

2021.10.20, 07:36
“Azərbaycanın Traxtur”u adı rəsmən qeydiyyata alındı

Gunaz.tv

GünAz TV: İran İslam Cümhuriyyətinin rəsmi qəzetində yayılan məlumata görə, Təbriz Traxturqayırma Komandasının adı rəsmən “Azərbaycanın Traxturu” ilə dəyişdirilib.

 

Qəzetin dərc etdiyi elanda “Təbriz Traxturqayırma İdman və Mədəniyyət Klubu”nun adı rəsmən “Azərbaycan Traxturu İdman və Mədəniyyət Klubu” kimi qeydiyyata alınıb.

 

“Traxtur” tərəfdarlarının tələbi və klubun sahibi Məhəmmədrza Zenuzinin qərarı ilə klubun adı iyunun 22-də “Azərbaycanın Traxturu” ilə dəyişdirilmişdir.

 

Komanda tərəfdarları “Traxtur” klubunu bütün Azərbaycana aid olduğunu önə çəkərək belə bir tələb irəli sürmüşdür. Komanda İranın istənilən şəhərində görüş keçirdiyi zaman azərbaycanlı tərəfdarları bir araya gətirə bilir, bütün azərbaycanlılar “Traxtur”u öz komandası hesab edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar