Güney azərbaycanlı alim edam cəzasının icrası üçün təkadamlıq kameraya köçürüldü

2020-11-25 11:59

Güney Azərbaycan alimi "Əhməd Rza Cəlali" ailəsi ilə telefon danışığında edam hökmünün icrası üçün təkadamlıq kameraya köçürüldüyünü elan edib.

Gunaz.tv Quote | Gunaz article

Əhməd Rza Cəlali “Evin” həbsxanasında edam cəzasına məhkum edilmiş azərbaycanlı-isveçli həkim 25 noyabr çərşənbə axşamı ailəsi ilə telefon danışığında ölüm hökmünün icra olunması üçün təkadamlıq kameraya köçürüləcəyini söyləyib.

 

Cənab Cəlalinin həyat yoldaşı “Vida Mehrannia” telefon danışığı barədə mətbuata danışarkən ərinin "bu zəng son söhbətimiz ola bilər" dediyini söyləyib.

 

Güney azərbaycanlı alim dünən Evin Məhkəməsinin məhkəmə hökmlərini icra şöbəsinə köçürülərək və Evin həbsxanasının karantina bölməsinə yerləşdirilib. Cənab Cəlalinin köçürmə formasında icraatını başa çatdırmaq üçün bir həftəyə qədər karantində saxlanılacağı bildirilir.
 

Onun dosiyasında edama qədər bir gəftə müddətində həbsxananın karantin bölməsində saxlanılacağı qeyd olunub.
Cəlalinin vəkili Hilalə Musavianİran İnsan Hüquqları Fəalları Dərnəyinin xəbər agentliyi “HERANA”-ya verdiyi müsahibədə müvəkkilinin edam olunma ehtimalından narahat olduğunu və insan haqları təşkilatları və İsveç hökumətinin edamın qarşısını almağa çalışacaqlarına ümid etdiyini bildirib.

 

Cəlali hazırda Evin Həbsxanasının 209 saylı kamerasında təkadamlıq kamerada saxlanılır.

 

İsveç Xarici İşlər Naziri And Linde, Məhəmməd Cavad Zəriflə telefon danışığında, Əhməd Rza Cəlalinin edam olunması xəbərindən narahat olduğunu dilə gətirib.

 

Cəlalinin edam qərarını qınayan “Twit”ində And Linde, İsveçin edamın qarşısını almağa çalışdığını yazıb.

 

Əhməd Rza Cəlali 2016-cı ilin may ayında ailəsini görmək üçün İrana səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq İsrailin xeyrinə casusluq etmək ittihamı ilə həbs olundu. Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum etdi. çıxarılan qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edildi.

 

Əhməd Rza Cəlali daima ittihamları rədd edərək, ondan alınan etirafların ciddi təzyiq və işgəncə altında alındığını və qanuni sübut kimi göstərilə bilməyəcəyini söyləyib.

 

Qeyd edək ki, Əhməd Rza Cəlali Brüsseldəki bir universitetdə dərs deyirdi, İtaliyada Pierre Mento Universiteti və İsveç universitetdə araşdırma aparmışdır. Pierre Mento Universitetindəki layihəsi, az inkişaf etmiş ölkələrdə zəlzələ, sel və s. Kimi təbii fəlakətlərdə tibbi mərkəzlərin fəaliyyətini yaxşılaşdırmaq idi.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Jan.20.2021-Sözümüz: Əli Təbrizli

2021-01-22

gun az article

GünazTVJan.21.2021- Düşünməyə Çağırı: Qarabağ və Türk Dünyası

2021-01-22

gun az article

Qərbi Azərbaycanda 482 kəndin yolu bağlanıb

2021-01-21

gun az article

İran hökuməti “Şah İsmayıl Səfəvi Fondu” yaradır

2021-01-21

gun az article

Mədəni fəal, qadın haqları müdafiəçisi Təhminə Müfidi həbs olunub

2021-01-21

gun az article

Təbrizdə avtobusun yeraltı keçdi divarı ilə toqquşması nəticəsində 20 nəfər yaralanıb

2021-01-21

gun az article

Beynəlxalq Əfv Təşkilatı, İrandakı qanlı basqılarla bağlı beynəlxalq araşdırma qrupunun yaradılmasına çağırıb

2021-01-21

gun az article

Azərbaycanlı siyasi məhbusların aclıq aksiyası nəticə verdi-Yusif Kari öz palatasına qaytarıldı

2021-01-21

gun az article

GünazTV Jan.20.2021: 20 Yanvarın İstiqlaliyət Fədayiləri, Güney Azərbaycan siyasilarinin zindanda olan son durumu

2021-01-21

gun az article

GünazTV Jan.20.2021: Paylaşım programı, 24-cü Bölüm.

2021-01-20

gun az article

Şərqi Azərbaycanda koronovirusun artma tendensiyası barədə xəbərdarlıq / Marağa və Binabda xəstələrin sayı çoxalıb

2021-01-20

gun az article

Şərqi Azərbaycan əyalətində onlarla kəndin yolu bağlanıb

2021-01-20

gun az article

Yusif Karinin aclıq aksiyasına dəstək genişlənir: Daha üç siyasi türk məhbus aksiyaya qoşulacaqlarını bildirib

2021-01-20

gun az article

Ərdəbildə duvar yazıları: "Yusif kari ölüm ayağında, Azərbaycanın yaşıl ciyərləri yanır"

2021-01-20

gun az article

Urmu həbsxanasında intihar hadisəsi baş verib

2021-01-20

gun az article

Əli və Rza Vasiqi qardaşları Yusif Kariyə dəstək məqsədi ilə aclıq aksiyasına başlayıblar

2021-01-20

gun az article

Urmu şəhərinin yeni bələdiyyə başçısı seçilib

2021-01-20

gun az article

GünazTV Jan.19.2021-Özümüz: Azərbaycan, Demokrat Firqəsindən Sonra

2021-01-20

gun az article

GünazTV Jan.19.2021 -GÜNDƏM MASASI: Farsçı İranın Güney Azərbaycana qarşı planları

2021-01-20

gun az article

Siyamək Mirzayi Yusif Kariyə dəstək üçün sabahdan aclıq aksiyasına başlayacağını bildirib

2021-01-19