SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Cəfər Rüstəmirad müvəqqəti olaraq azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Cəfər Rüstəmirad müvəqqəti olaraq azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad mülki vəsiqə qarşılığında Evin zindanından sərbəst buraxılıb.

 

Fəal 29 gün saxlandıqdan sonra iyulun 31-də həbsxanadan azad edilib.

 

Bundan əvvəl Evin Prokurorluğunun 7-ci şöbəsi azərbaycanlı fəalın müvəqqəti sərbəst buraxılması üçün iki maaş qəbzi və 400 milyon riallıq mülki vəsiqə qərarı çıxarıb.

 

Məlumata görə, ilk günlərdə “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək”də günahlandırılan fəalın ittihamı “sistemin əleyhinə təbliğat aparmaq”la dəyişdirilşib.

 

Azərbaycanlı fəal Babək qalası yürüşü ilə əlaqədar iyulun 2-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, o bir müddət Evin zindanının 209-cu korpusunun təknəfərlik kamerasında, sonra isə həbsxananın 4-cü ümumi korpusunda saxlanılıb.

 

Fəal qanunsuz olaraq saxlandığı müddətdə təhlükəsizlik qüvvələri tərəfindən işgəncə edilib.

 

Cəfər Rüstəmirad mədəni fəaliyyətlərinə görə ötən illərdə Təbriz, Əhər, Meşginşəhr (Xiyav), Ərdəbil və Astara şəhərlərinin təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə saxlanılıb və həbs edilib.

 

İranın təhlükəsizlik qüvvələri iyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək onlarla fəalı yaxalayıb, bir neçə fəal isə qalada saxlanılıb. Fəalların əksəriyyəti yaxalanarkən və saxlandıqları müddətdə ruhi və cismi işgəncələrə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar