SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Əsgər Əkbərzadə məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Əsgər Əkbərzadə məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadə Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb.


Yanvarın 13-də göndərilən çağırış vərəqəsində fəaldan yanvarın 23-ü yerli vaxtla saat 10 radələrində Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməsi istənilib.


Çağırış vərəqəsində fəalın “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaqla bağlı Polis İdarəsinin raportu” ilə əlaqədar məhkəməyə çağırıldığı qeyd olunub, lakin hansı qrupdan söz getdiyi açıqlanmayıb.


Əsgər Əkbərzadə 2018-ci il iyulun 2-də Babək qalası yürüşünə qatıla bilməsin deyə Ərdəbildə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və 50 milyon tümənlik mülki vəsiqə qərarı təyin olunduqdan sonra onunla eyni tarixdə yaxalanan azərbaycanlı fəallar Əli Vasiqi, Rəhim Qulami, Mehdi Huşmənd və Səid Sadiqifərlə birlikdə Ərdəbilin Mərkəzi Zindanına intiqal edilib. Fəal mülki vəsiqə girov qoyduqdan sonra iyulun 10-da sərbəst buraxılıb.


İyul ayında keçirilən məşhur Babək qalası mərasimi ilə əlaqədar qala ilə yanaşı Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla milli-mədəni fəal saxlanmışdır.


Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib.

Çağırış vərəqəsi:



N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar