SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Hamid Allahverdipur saxlanılıb – Təbrizdə

2021.10.20, 07:36
Azərbaycanlı fəal Hamid Allahverdipur saxlanılıb – Təbrizdə

Gunaz.tv

GünAz TV: Sulduz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Hamid Allahverdipur mayın 5-i günorta saatlarında Təbrizdə hökmləri icra edən şöbənin məmurları tərəfindən saxlanılıb.

 

Azərbaycanlı fəal 2015-ci il noyabrın 9-da Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyasına qatılmaq yolu ilə “sistemin təhlükəsizliyinə qarşı toplaşma və sözləşmə” və “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə Əhər zindanında keçirmək şərti ilə 7 ay azadlıqdan məhrum edilib.

 

2015-ci ilin noyabr ayında İran televiziyasında uşaqlar üçün “Fitilə” adlı uşaq verilişi yayımlanmışdır. Verilişdə türk milləti kobud şəkildə təhqirə məruz qaldığı üçün Azərbaycanın bütün bölgələrini etiraz aksiyası bürüdü. Dinc keçirilən aksiya təhlükəsizlik qüvvələrinin zorakılıq tətbiq etməsi və çox sayda soydaşlarımızın saxlanması ilə yadda qalıb. Aksiyalar zamanı təkcə Əhər şəhərində onlarla soydaşımız saxlandı, onlardan 26-ı vəsiqə qarşılığında azadlığa buraxıldı.

Bir müddət sonra Əhərin İnqilab Məhkəməsi hökm çıxararaq Əkbər Əbulzadə, İbrahim Nuri və Saleh Molla Abbasini hər birini 10 ay, Hamid Allahverdipur, Süleyman Kazimi, İsrafil Fətullazadə və Murtaza Şökrini isə hər birini 7 ay həbs cəzasına məhkum edib.

 

Məlumata görə, Hamid Allahverdipur da daxil olmaqla adlarını çəkdiyimiz fəalların 6-nın həbs qərarı Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

 

Həmin dosyeyə görə 2018-ci il iyulun 2-dən Tehranın Evin zindanında həbs edilən İbrahim Nuriyə Apelyasiya Məhkəməsinin keçirdiyi iclasa qatılmaq üçün icazə verilməyib.

 

Hamid Allahverdipur Güney Azərbaycanın Sulduz şəhərindəndir. Türkologiya ixtisasının məzunu olan azərbaycanlı fəal Təbriz Azad Universitetində hüquq üzrə təhsil alır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar