SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Həkimə Əhmədi aclıq aksiyasının 9-cu günündə

2021.10.20, 07:36
Azərbaycanlı fəal Həkimə Əhmədi aclıq aksiyasının 9-cu günündə

Gunaz.tv

GünAz TV: Marağa zindanında müvəqqəti olaraq saxlanılan azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi mayın 12-dən aclıq aksiyası keçirməkdədir.

 

Bu barədə “Herana” xəbər agentliyi məlumat yayıb.

 

Mərənd sakini olan milli-mədəni fəal ötən il oktyabr ayında təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, o aradan 7 aydan çox keçməsinə baxmayaraq hələ də  həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Fəal qanunsuz saxlanması, zindan məsullarının qanunazidd davranışları və həbsxananın Darul-Quran mərkəzi tərəfindən onunla bağlı zindan rəhbərliyinə göndərilən raporta etiraz olaraq aclığa başlayıb, artıq o aksiyanın 9-cu günündədir.

 

Həkimə Əhmədi 2018-ci il oktyabrın 18-də Mərənd şəhərində saxlanılaraq naməlum istiqamətə aparılmışdır.

Evə daxil olan təhlükəsizlik qüvvələri Həkimə Əhmədinin həyat yoldaşını silahla təhdid edərək evdə axtarış aparıb və fəalı yaxalamışdılar.

 

Azərbaycanlı fəal yeni saxlandığı zaman Mərənd Ettelaat İdarəsinin təcridxanasında işgəncəyə məruz qalıb, qabırğa və barmaqları ağır xəsarət alıb. 2018-ci il oktyabrın 30-da xəstəxanaya aparılan fəal noyabrın 2-də yenidən saxlandığı təcridxanaya qaytarılıb.

 

Məhkəmə “Sepah”ın təhlükəsizlik bölümü tərəfindən araşdırılan dosyenin təkmilləşdirilməsi bəhanəsi ilə Həkimə Əhmədinin azadlığa buraxılması haqda vəsiqə qərarı çıxarmaqdan imtina edir. Dosyenin təkmilləşməməsinə baxmayaraq ona “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” və  “qanunsuz qrup və dəstələr yaratmaq” ittihamları ilə üzləşdiyi bildirilib.

 

N.S

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar