SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Həmid Səqəti Təbriz zindanından azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Həmid Səqəti Təbriz zindanından azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Həmid Səqəti 4 aylıq həbs cəzasını çəkdikdən sonra sərbəst buraxılıb.


Ərdəbilli fəalın Təbrizin Mərkəzi Zindanından avqustun 26-da azadlığa buraxıldığı bildirilir.


Fəal 2016-cı ildə daha 5 azərbaycanlı fəalla birlikdə Dağlıq Qarabağ problemini soydaşlarımıza izah etməyə və ermənilərin Qarabağda törətdikləri cinayətləri ifşa etməyə çalışdığı üçün Ettelaat əməkdaşları tərəfindən tutulmuşdur.


Tutulan fəallardan Babək Avənd, Həmid Səqəti və İsmayıl Fəximi hər biri 4 ay həbs cəzasına məhkum edilib. Fəallar kimsəyə məlum olmayan “GAMO” adlı təşkilata üzv olmaqda günahlandırılıb.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar