SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Kiyumərs İslami məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Kiyumərs İslami məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami Parsabad Cəza Məhkəməsinin 102-ci şöbəsinə çağılrılıb.

 

Özünümedafiə mətnini təqdim etmək məqsədi ilə məhkəməyə çağırılan fəal sentyabrın 11-də qeyd olunan şöbəyə müraciət etməlidir. Çağırışla bağlı fəal həbsxanadan azadlığa buraxıldığı zaman ona məhkəmədə elan olunub.

 

Kiyumərs İslami “virtual aləmdə fəaliyyət göstərməklə sistemin əleyhinə təbliğat aparmaq” kimi qondarma ittihamla üzləşib.

 

İnternetdə Azərbaycanın tarixi ilə bağlı fəala aid bir çox məqalə yayılıb. O məhkəmə prosesi zamanı həmin məqalələrə görə günahlandırılıb. Müstəntiq sorğu-sual zamanı fəaldan istəyib ki, dosyesində müəyyən dəyişiklik etmək üçün İranın xeyirinə bir neçə məqalə yazmalıdır.

 

Kiyumərs İslami 37 gün müvəqqəti saxlandıqdan sonra avqustun 9-da Muğan zindanından mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. O iyulun 3-ü sübh saatlarında, Babək qalası yürüşü ərəfəsində Parsabadda öz evində saxlanmışdır.

 

Azərbaycanlı fəal müvəqqəti azadlığa buraxılması üçün ailəsinin təqdim etdiyi mülki vəsiqənin qəbul olunmaması və hakimin prosesi uzatmasına etiraz olaraq təcridxanada aclıq aksiyası keçirmişdir.

 

“Araz” adı ilə tanınan K.İslami Azərbaycanın tarix və mədəniyyəti üzrə gənc araşdırmaçı fəaldır. O bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, işgəncə edilib və məhkəmə qarşısına çıxarılıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar