SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Mehdi Kuxiyan saxlanılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Mehdi Kuxiyan saxlanılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan Məlikan şəhərinin Ettelaat İdarəsi tərəfindən saxlanılıb.

 

“Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri aprelin 8-də Ettelaat əməkdaşları tərəfindən yaxalanıb.

 

“Herana” agentliyi etibarlı bir mənbəyə istinadən bildirib ki, bundan əvvəl dəfələrlə Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən təhdid edilən fəal bazar ərtəsi günü yaxalanaraq Məlikan Ettelaat İdarəsinin təcridxanasına aparılıb. O saxlanılarkən döyülüb və baş nahiyyəsindən yaralanıb.

 

Mehdi Kuxiyan 2017-ci il yanvar ayında (hicri-şəmsi təqvimi ilə 1395-ci il dey ayı) Məlikan prokuroru və bələdiyyə başçısının şikayəti əsasında Marağanın kiber polisi tərəfindən saxlanılıb. Birinci günlərdə Polis İdarəsinin təcridxanasında saxlanılan fəal sonra Marağa zindanına intiqal edilib. O saxlandığı gündən aclığa başlayıb və aksiyasını 28 gün davam etdirib. Aclıq aksiyasının son günlərində dodaqlarını tikən fəal nəhayət 2017-ci il fevralın 11-də 300 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Mehdi Kuxiyan 2018-ci ilin mart ayında Marağa İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 18 ay həbs cəzasına məhkum edilib. Fəal islam cümhuriyyətinin əleyhinə olan kanal, qrup və təşkilatların xeyirinə olaraq sistemə qarşı təbliğat aparma ittihamı ilə həbs cəzası ilə üzləşib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar