Azərbaycanlı fəal Səhənd Məali müvəqqəti azadlığa buraxılıb

10.01.2019, 09:12

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Səhənd Məali 300 milyon riallıq mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Yanvarın 3-də Sarabda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəal yanvarın 9-da sərbəst buraxılıb.

 

Fəal saxlandıqdan sonra sorğu-suala tutulmaq üçün Təbrizin Ettelaat Şöbəsinə aparılmışdır. O sonra Saraba qaytarılıb və hakim tərəfindən ittihamı açıqlanıb.

 

Fəal azadlığa buraxıldıqdan bir gün sonra yanvarın 3-də yenidən yaxalanmışdır.

 

Səhənd Məali, Vəhid Nurməhəmmədi, Məhəmməd Rəncbər və Heydər Müzəyyən 2018-ci il dekabrın 31-də Sarab şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Onlar iki gün saxlandıqdan sonra yanvarın 2-də müvəqqəti sərbəst buraxılıb.

 

Səhənd Məali “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşib, lakin adı çəkilən digər fəalların ittihamı və saxlanma səbəbi ilə bağlı heç bir məlumat yoxdur.

 

Bundan əvvəl Səhənd Məali “bölücü qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə Sarab İnqilab Məhkəməsi tərəfindən qiyabi olaraq 10 ay həbs cəzasına məhkum edilib.

 

Səhənd Məali bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda etiraz aksiyaları yenidən başqa şəhərlərə yayılır-VİDEO

2022-05-27

gun az article

İsrail Prezidenti İlham Əliyevə zəng etdi

2022-05-26

gun az article

Xuzistanda yeni etiraz aksiyaları keçirilir-VİDEO

2022-05-26

gun az article

İran Müdafiə Nazirliyinin “mühəndisi” Parçin hərbi mərkəzində partlayışda həlak olub

2022-05-26

gun az article

İlham Əliyev Serbiyaya səfərə dəvət olundu

2022-05-26

gun az article

Sülh 5 prinsip əsasında olmalıdır – Ceyhun Bayramov

2022-05-26

gun az article

“Digital Expo Center” layihəsi “TEKNOFEST Azərbaycan” Festivalında finala vəsiqə qazanıb

2022-05-26

gun az article

SEPAH polkovniki öldürən “Mossad” casuslarını tutduğunu iddia edir

2022-05-26

gun az article

SEPAH iki etnik bəluçu güllələyib

2022-05-26

gun az article

Türkiyəli nazir: “TEKNOFEST”in Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”

2022-05-26

gun az article

Amerika İrana qarşı sanksiyaları sərtləşdirəcək

2022-05-26

gun az article

Kərəc zindanında 5 məhkum edam edildi

2022-05-26

gun az article

ABŞ Prezidenti Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb

2022-05-26

gun az article

SEPAH-ın Tehranda yerləşən raket bazasında güclü partlayış baş verib

2022-05-26

gun az article

Abadanda etiraz aksiyası keçirilib-VİDEO

2022-05-26

gun az article

Amerika SEPAH-la bağlı olan şəxslərə və şirkətlərə sanksiyalar tətbiq edib

2022-05-26

gun az article

“İsrail SEPAH zabitini öldürdükləri barədə Amerikanı məlumatlandırıb”- "The New York Times"

2022-05-26

gun az article

Dövlət katibi: "ABŞ Cənubi Qafqazda sülhün formalaşmasına töhfə verməyə davam edəcək"

2022-05-25

gun az article

İranda bahalığa etiraz edən fəal saxlanılıb

2022-05-25

gun az article

İranda qadın məhkum edam edilib

2022-05-25