SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Səid Minayi saxlanılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Səid Minayi saxlanılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Səid Minayi Binabda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Fəal aprelin 23-dən 24-nə keçən gecə yaxalanaraq naməlum istiqamətə aparılıb. Onun yaxalanmasının İran prezidenti Həsən Ruhaninin aprelin 24-də Təbrizə səfəri ilə təxminən eyni vaxta düşməsi xüsusi diqqət çəkir.

 

Azərbaycanlı fəalın Urmu gölü böhranı ilə bağlı etiraz aksiyasına çağırış etməsi ilə əlaqədar saxlandığı bildirilir. Həsən Ruhaniyə etiraz olaraq nəzərdə tutulan aksiyaya çağırış Teleqram kanallarında geniş yayılıb. Çağırış mətnində “Urmu gölü ölməsin – Duz çölünə dönməsin” şüarı da qeyd olunub.

 

S.Minayi Binab şəhərinin sakinidir, onun “Milli Düşüncə” Teleqram Kanalının müdiri olduğu deyilir.

 

Azərbaycanlı fəalın saxlanmasının təfərrüatı hələlik məlum deyil, bu haqda saytımızda geniş məlumat yayılacaq.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar