SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Səid Sadiqifər saxlanılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Səid Sadiqifər saxlanılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Səid Sadiqifər Ərdəbil Ettelaat Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Təhlükəsizlik qüvvələri yanvarın 29-da fəalın iş yerinə hücum çəkərək onu yaxalayıblar.

 

Hələlik fəalın hansı səbəbdən yaxalandığı və harada saxlandığı barədə heç bir məlumat yoxdur.

 

Ötən günlərdə Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsi fəala çağırış vərəqəsi göndərərək ondan yanvarın 23-də həmin şöbəyə müraciət etməsini istəmişdir.

Çağırış vərəqəsində fəalın “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaqla bağlı Polis İdarəsinin raportu” ilə əlaqədar məhkəməyə çağırıldığı qeyd olunmuşdur.

 

Səid Sadiqifər 2018-ci il iyulun 2-də Babək qalası yürüşünə qatıla bilməsin deyə Ərdəbildə evindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Fəal barəsində 50 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıldıqdan sonra onunla eyni tarixdə yaxalanan azərbaycanlı fəallar Rəhim Qulami, Əsgər Əkbərzadə, Mehdi Huşmənd və Əli Vasiqi ilə birlikdə Ərdəbilin Mərkəzi Zindanına aparılılıb. O və birlikdə olduğu fəallar mülki vəsiqə girov qoyduqdan sonra 2018-ci il iyulun 10-da azadlığa buraxılıb.

 

Səid sadiqifər bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar