SON XƏBƏRLƏR

Azərbaycanlı fəal və siyasi məhbus İbrahim Nuri İran prezidentindən şikayət edib

2021.10.20, 07:36
Azərbaycanlı fəal və siyasi məhbus İbrahim Nuri İran prezidentindən şikayət edib

Gunaz.tv

GünAz TV: Hazırda Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri İran prezidenti Həsən Ruhanidən şikayət edib.

 

Fəal Tehran Əyaləti prokuroruna ünvanladığı şikayətdə prezidenti ölkə konstitusiyasını qorumamaqda günahlandırıb.

 

Prokururun diqqətini İran qanunları və İnsan Hüquqları Bəyannaməsinə çəkən fəal vurğulayıb ki, fərdin hüququnu nəzərə almadan cəmiyyətin hüququndan söhbət gedə bilməz.

 

Şikayət ərizəsində ölkədəki panfarsizm və qeyri-fars millətlərinə qarşı aparılan asimilasyon siyasətinə etiraz edilib və bunun bütün qövmlərin bərabər hüquqa malik olduğunu təmin edən konstitusiyanın 19-cu maddəsinə zidd olduğu bildirilib. Ana dilində təhsil hüququ, ölkədə qeyri-fars millətlərinin sistemli şəkildə təhqir edilməsi, urmu gölü böhranı və s. kimi mövzular da etiraz edilən məsələlər arasında olub.

 

Azərbaycanlı fəal heç bir əsas olmadan, sadəcə mədəni fəaliyyətlərinə görə sistemin əleyhinə təbliğat aparmada ittiham olunduğunu və bunun nəticəsində sürgün edilmə və həsb cəzası ilə üzləşdiyini qanunsuzluq adlandıraraq prezident Həsən Ruhanini konstitusiyanı qorumamaqda günahlandırıb. O bildirib ki, konstitusiyanın 113 və 141-ci maddələrinə əsasən ölkə prezidenti konstitusiyanın icra olunmasına ciddi nəzarət etməlidir, lakin bu vəzifə yerinə gətirilmir və bunun nəticəsində bir çoxları, o cümlədən özü qanunsuz olaraq həbs olunur.

 

Qeyd edək ki, sistemin əleyhinə təbliğat aparma ittihamı ilə həbs cəzasına məhkum edilən İbrahim Nuri hazırda Tehranın Evin zindanının 7-ci korpusunda məhbus həyatı yaşayır.

 

Azərbaycanlı fəalın şikayətinin farsca mətnini aşağıdakı Link-ə müraciət edərək oxuya bilərsiniz:

https://www.gunaz.tv/fa/%D8%A7%D8%AE%D8%A8%D8%A7%D8%B1/%D8%B0%D8%B1%D8%A8%D8%A7%DB%8C%D8%AC%D8%A7%D9%86%D8%AC%D9%86%D9%88%D8%A8%DB%8C-1/-%DA%A9%D8%A7%DB%8C%D8%AA-%D9%81%D8%B9%D8%A7%D9%84-%D9%85%D9%84%DB%8C-%D8%B2%D9%86%D8%AF%D8%A7%D9%86%DB%8C--%D8%B0%D8%B1%D8%A8%D8%A7%DB%8C%D8%AC%D8%A7%D9%86-%D8%8C%D8%A7%D8%A8%D8%B1%D8%A7%D9%87%DB%8C%D9%85-%D9%86%D9%88%D8%B1%DB%8C%D8%8C%D8%B9%D9%84%DB%8C%D9%87-%D8%B1-%DB%8C-%D8%AC%D9%85%D9%87%D9%88%D8%B1%D8%A7%DB%8C%D8%B1%D8%A7%D9%86-114873

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar